Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Bahalı müğənni olsam da..." - əməkdar artist

"Bahalı müğənni olsam da..." -  əməkdar artist

"Bir qarın yeməyə yaşayırlar" - müğənniləri tənqid etdi (25 Mart 2017 19:12)
Əməkdar artist baba oldu - FOTO (23 Mart 2017 11:47)
Əməkdar artistin xanımı oğlu ilə qar gəzintisində - FOTO (20 Mart 2017 13:27)

Tarix: 26 Noyabr 2016 20:56

"Bahalı müğənni olsam da, el məclislərinə ucuz qiymətə gedirəm. Atamı itirəndə 13 yaşım var idi, çətin günlər yaşamışam. Əlimi çörəyə bibim çatdırıb. Səhər durub "sabahın xeyir" deyirsənsə, canın sağdırsa, bu, ən böyük var-dövlətdir".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Cavanşir Məmmədov "5/5" verilişində deyib.

Avtomobil kolleksiyası yığan müğənni aparıcı Zaur Kamalın "Beş-altı maşının varıydı, durur?" sualına belə cavab verib:

"Durur. Yaxşı şeyin həvəskarıyam. Səsi olan müğənnini dinləməyi sevirəm. Həyatda iki böyük qüvvə var: biri sevgi, digəri musiqidir.

20 il qarmon ifa etmişəm. 22 ildir çalmıram. Səsim batsa, qarmon ifa edərəm. Avtandil İsrafilovun iki tələbəsi olub: biri mən, digəri qardaşı".

C.Məmmədov geyimlərindən və bahalı aksessuarlarından söz açıb:

"İnsan var özünə diqqət verir. Bəziləri isə qazancını biznesə qoyur. Mənim heç bir biznesim yoxdur, tək işim səsimdir. Bir də gərək səliqəli görünəsən. Mənim taxdığım qolbağı kişilər üçündür. Bəziləri qadın qolbağısı taxır".


Teqlər:  Bahalı müğənni olsam əməkdar artist



RƏYLƏR


Top xəbərlər