Azərbaycanda tikintiyə icazə ilə bağlı yeni tələb

Azərbaycanda tikintiyə icazə ilə bağlı yeni tələb
20:58 26 Noyabr 2016
67 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nı təsdiq edib.

APA-nın məlumatına görə, verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısına 47 icazə daxil edilib.

Beləliklə, siyahıda aşağıdakı 47 icazə yer alıb:

- Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu digər məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılıq.

- Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu digər məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılıq.

- Dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq verilən sənədlər.

- Gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat.

-“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə.

- İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə.

- İxrac məqsədli neft-qaz fəaliyyətinə görə güzəştləri əldə etmək üçün Azərbaycan Respublikasına idxal ediləcək avadanlıq və materialların siyahısının (idxal siyahısının) qeydə alınması.

- Avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün verilən pasport.

- Beynəlxalq avtomobil daşımalarını həyata keçirən xarici dövlətlərin nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış, yüklənmə və tranzit keçid hüququnu müəyyənləşdirən “İcazə” blankı.

- Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara verilən xarici ölkələrin “İcazə” blankı.

- Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün verilən “Fərqlənmə nişanı”.

- Vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən “Xüsusi fərqlənmə nişanı”.

- Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə.

- Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq.

- Yeyinti məhsullarının gigiyenik sertifikatı.

- Dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi.

- Dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə.

- Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haq-qında qərar.

- Rüsumsuz ticarət mağazasının yaradılmasına icazə.

-Elektrik enerjisinin nəqlinə icazə.

-Elektrik enerjisinin paylanmasına icazə.

-Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə.

- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktı.

- Qazın istehsalına və təbii qazın emalına icazə.

- Qazın nəqli üçün icazə.

- Qazın paylanmasına icazə.

- Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə.

- Sənaye qaz qurğusunun istismarına icazə.

-Neft və qaz yataqlarının kəşfiyyatına icazə.

- Neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə.

- Neft və neft məhsullarının emalına icazə.

- Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə.

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsi.

- İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiyası haqqında qərar.

- Xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsi.

- Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası.

- Sənaye parkının qeydiyyat şəhadətnaməsi.

-Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsi.

- Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi.

- Sənaye, yaxud texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənəd.

-İnvestisiya təşviqi sənədi.

-Açıq məkanda reklamın yerləşdirilməsinə icazə.

- Ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla, avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə bağlanılan müqavilə.

- Tikintiyə icazə.

- Tikinti obyektinin istismarına icazə.

- Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə verilən nəzarət markası.

- Səyyar (mövsümi) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Gündən-günə daha yaxşı olacağıq" -

21 İyul 2017 02:36

Təbiət qoynunda gözəl villa - FOTO

21 İyul 2017 02:32

Gəncə şəhər sakini özünü yandırıb

21 İyul 2017 02:27

Lukaşenko Ukraynadadır

21 İyul 2017 02:24

Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub

21 İyul 2017 02:22

Mərdəkanda sürücü piyadanı vurub qaçmaq istəyərkən saxlanılıb

21 İyul 2017 02:02

"Hər bir komanda ilə oynamağa hazırıq" -

21 İyul 2017 01:56

Məşhur müğənni intihar etdi

21 İyul 2017 01:44

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb -

21 İyul 2017 01:35

Amerikanın problemlərini yandırdı - FOTO

21 İyul 2017 01:32

Naxçıvanın Konstitusiyasında dəyişikliklər ediləcək

21 İyul 2017 01:29

Qriqorçuk: "Panatinaikos" Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir"

21 İyul 2017 01:27

"Koroğlu" metrostansiyası yaxınlığında piyadanı maşın vurub

21 İyul 2017 01:17

Emili gözəlliyi ilə yenə hamını valeh etdi -

21 İyul 2017 01:15

On otaqlı evdə yanğın

21 İyul 2017 01:09

"Panatinaikos" 2 il sonra Azərbaycana gəlir

21 İyul 2017 00:57

50 yaşlı cazibədar aktrisanın alt paltarsız FOTOSESSİYASI

21 İyul 2017 00:53

"İnter"in biabırçı məğlubiyyəti - VİDEO

21 İyul 2017 00:47

"Zirə" Avroliqa ilə belə vidalaşdı - VİDEO

21 İyul 2017 00:47

Bakıda yaşayış binasında yanğın baş verib -

21 İyul 2017 00:47

“Qəbələ” növbəti turda

21 İyul 2017 00:34

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

21 İyul 2017 00:28

"Qəbələ" Polşada mərhələ adladı

21 İyul 2017 00:28

İran Küveytə nota verdi

21 İyul 2017 00:19

Astroloji proqnoz - 21 iyul

21 İyul 2017 00:13

"Zirə"nin baş məşqçisi: "Məncə, Azərbaycanı yaxşı təmsil etdik"

21 İyul 2017 00:12

İki yaşlı uşaq yemişdən zəhərləndi

21 İyul 2017 00:09

Hamilə model çılpaq sessiyaya çəkildi - FOTO

21 İyul 2017 00:05

Ayxan Abbasov: "Bizim hakimlərə şükr etməliyik"

21 İyul 2017 00:05

Tovuzda 2 yaşlı oğlan zəhərlənib

21 İyul 2017 00:05

Günün qoroskopu: vədlərinizi gerçəkləşdirin

21 İyul 2017 00:05

Azərbaycan neftinin SON QİYMƏTİ - 50 dolları ötüb

21 İyul 2017 00:05

Məşhur müğənni intihar edib -

20 İyul 2017 23:55

Bronxoektatik formalı pnevmoniya

20 İyul 2017 23:52

Məşhur müğənni özünü asdı - FOTO

20 İyul 2017 23:48

Rəşad Sadıqov: "Zirə" son vuruşlarda dəqiq olsaydı, bəlkə də mərhələ adlayardı"

20 İyul 2017 23:47

Ayxan Abbasov: "Özümə söz vermişəm ki..."

20 İyul 2017 23:47

Əməlimiz harada ləngiyir ki, kamala aparmır?

20 İyul 2017 23:47

Oğlu "Porsche" ilə piyadanı tapdalayan rəis barədə araşdırma başladı - MAŞINI HANSI PULLA ALIB?

20 İyul 2017 23:42

Plevritin əmələ gəlmə səbəbləri

20 İyul 2017 23:42

Bakıda mübahisə güllələnmə ilə bitdi - VİDEO - FOTO

20 İyul 2017 23:37

"Astra"nın baş məşqçisi: "Zirə"nin futbolçuları simulyasiya edirdil"

20 İyul 2017 23:37

"10 ildə yığdığım bir gündə yandı" - Bərdə bazarında güclü yanğın - VİDEO - FOTO

20 İyul 2017 23:37

Bakının "İnter" klubu Avropa Liqası ilə vidalaşıb

20 İyul 2017 23:32

19 yaşlı Kayli erotik fotosessiyada - FOTO

20 İyul 2017 23:32

ABŞ Dağlıq Qarabağdakı seçkilərin nəticələrini tanımayacaq -

20 İyul 2017 23:30

Gəncədə DƏHŞƏTLİ QƏZA: Ana öldü, 4 aylıq körpəsi...

20 İyul 2017 23:28

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi

20 İyul 2017 23:27

“Hesabı bərabərləşdirəndən sonra belə hərəkətlər edirdilər” – Yordanesku

20 İyul 2017 23:27

"İnter" Avropa Liqasında mübarizəni dayandırdı

20 İyul 2017 23:24