1,3 milyon koreyalı prezidentin istefasını tələb etdi

1,3 milyon koreyalı prezidentin istefasını tələb etdi
21:05 26 Noyabr 2016
114 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Cənubi Koreyanın paytaxtı Seul şəhərində misli-bərabəri görünməmiş etiraz aksiyası keçirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,1 milyon 300 min nəfər küçəyə çıxaraq XXI əsrin ən böyük etiraz aksiyasını keçirib. Tələb isə prezident Pak Kın Xenin istefasıdır.

Xanım Pak Kın Xe artıq həbsdə olan rəfiqəsi Soy Sun Sillə əlaqəsinə görə ittiham olunur. Ehtimal edilir ki, prezident qızının Cənubi Koreyanın ən nüfuzlu ali məktəblərindən birində təhsilinin ödənişini etdiyi üçün dövlət vəsaitlərini mənimsəyib.

Prezidentin iqamətgahında bu ittihamlarla bağlı axtarış keçirilib, özü isə müstəntiqin qəbuluna dəvət olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR