Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uzaq uçuşlar qaraciyər xərçəngi yarada bilər

Uzaq uçuşlar qaraciyər xərçəngi yarada bilər

Date: 26 November 2016 21:12

"The Telegraph" yazır ki, yeni elmi tədqiqatın nəticəsinə görə təyyarələrlə müntəzəm olaraq uzaq məsafələrə uçanlarda qara ciyər xərçəngi yarana bilər.

Təcrübələr zamanı aşkar edilib ki, elmdə jetlag kimi tanınan xroniki hal qaraciyər üzərində yağların və öd turşularının yığılmasına səbəb olur.
 
Jetlag - yəni vaxt zonalarını aşan uzaqmənzilli təyyarə uçuşlarının orqanizmdəki metobolik prosesləri pozması halı siçanların üzərində öyrənilib.
 
Alimlər deyirlər ki, bu zaman qaraciyərin üstündə yığılan yağlar keçid mərhələsi olan sirrozu yaratmadan bilavasitə qara ciyər xərçənginə səbəb ola bilər.
 
Təkcə Britaniyada hər il 6 min nəfər bu xəstəlikdən dünyasını dəyişir.
 
Cancer Cell onkologiya jurnalında dərc edilmiş məqalədə deyilri ki, təcrübə zamanı siçanlar bir neçə vaxt qurşağından keçirilib.
 
Baylor Tibb Kollecinin alimləri müşahidə ediblər ki, vaxt qurşaqlarının qısa zamanda dəfələrlə keçilməsi bədən ritmini, yuxu tsiklini və maddələr mübadiləsini pozur.
 
Bu təsirlərə məruz qoyulmuş siçanlarda çəki artımı, qaraciyərin piylənməsi və xronik iltihab müşahidə edilib.
 
Bundan əvvəl aparılmış tədqiqatlar nizamsız iş cədvəlinin, xüsusən də gecə növbələrinin qara ciyər xərçəngi riskini artırdığını göstərmişdi

Milli.Az


Tags:  Uzaq uçuşlar qaraciyər xərçəngi yarada bilər

RƏYLƏR


Top news