Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıtda qadınlar çantaları belə oğurladılar - VİDEO

Sumqayıtda qadınlar çantaları belə oğurladılar - VİDEO

Date: 26 November 2016 21:12

Əvvəlcə hər ikisi birlikdə yanlarında uşaqla mağazaya yaxınlaşırlar. Ardınca gənc qadın dükana daxil olur və bir az çantalara baxdıqdan sonra orta yaşlı digər qadın da onun yanına gəlir.

Qısa ünsiyyətdən sonra gənc qadın mağazadan çanta götürür və sıxlıqdan istifadə edərək uşağın dalınca qaçmaq bəhanəsi ilə aradan çıxır.

Bir müddət sonra isə digər qadın da başqa bir çanta götürərək eyni üsulla mağazanı tərk edir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  oğurluq hadisəsi Sumqayıtdakı mağazalardan birində müşahidə kameraları tərəfindən lentə alınıb.

Hadisə ilə bağlı mağaza sahibi polisə müraciət edib. Polis görüntülər əsasında həmin qadınları axtarır.

Milli.Az


Tags:  Sumqayıtda qadınlar çantaları belə oğurladılar VİDEO

RƏYLƏR


Top news