Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 195 saylı avtobus işləməyəcək

Bakıda 195 saylı avtobus işləməyəcək

Date: 26 November 2016 21:12

Bakıda 195 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcı şirkətlə bağlanan müqaviləyə xitam verilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, 195 nömrəli marşut üzrə fəaliyyət göstərən avtobusların texniki cəhətdən istismara yararsız olması, təyin olunan iş saatına qədər işləməməsi və intervalın çox olması qeyd olunan marşrutdan istifadə edən sərnişinlərin ciddi narazılığna səbəb olurdu.

Sərnişinlərin Agentliyin ALO141 Çağrı Mərkəzinə etdiyi müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 195 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin mövcud tələblərə əməl olunmadan, daşıyıcı şirkət tərəfindən marşrut xəttinə istifadəyə yararsız və texniki cəhətdən nasaz avtobuslar buraxılmaqla həyata keçirilməsi müəyyən edilib.

Bakı Nəqliyyat Agentliyinin müvafiq sərəncamına əsasən 195 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq digər fərdi sahibkara havalə edilib. Sahibkara tapşırılıb ki, 195 nömrəli marşrut üzrə sərnişindaşımanı yenilənmiş avtobuslardan istifadə etməklə və müvafiq qanunvericiliyin tələblərinə uyğun olmaqla təşkil etməlidir.

Milli.Az


Tags:  Bakıda 195 saylı avtobus işləməyəcək

RƏYLƏR


Top news