Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

IX sinfi bitirənlərə şəhadətnamə verilməyəcək - VİDEO

IX sinfi bitirənlərə şəhadətnamə verilməyəcək - VİDEO

Date: 26 November 2016 21:17

IX sinfi bitirənlər bundan sonra şəhadətnamə yox, attestat alacaqlar.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, əvvəllər 9-cu sinfi xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli şəhadətnamə, digər hallarda isə ümumi orta təhsil haqqında adi şəhadətnamə verilirdi.

Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydaya əsasən, bu sinfi xüsusi nailiyyətlərlə başa vuranlara fərqlənmə attestatı, digərlərinə isə adi attestat veriləcək.

11-ci siniflərə verilən təhsil haqqında sənəddə də dəyişikliklər var. Belə ki, indiyə qədər tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla başa vuran məzunlara xüsusi nümunəli attestat, digər hallarda isə adi attestat verilirdi. Yeni qaydaya əsasən isə, qızıl və ya gümüş medalla təltif olunan məzunlara verilən sənəd eynilə qalsa da, əla qiymətlərlə başa vuran məzunlara fərqlənmə attestatı, digər hallarda isə adi attestat veriləcək.

Eyni zamanda tam orta təhsil haqqında attestatda "Təhsil aldığı təmayül" qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də yazılacaq.

Attestatların ölçü və təsviri də dəyişib. Fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü yaşıl, qızıl medalla bitirənlərin nümunəli attestatının üzlüyü qızılı, gümüş medalla bitirənlərininki isə gümüşü olacaq.

Attestatlar, məktəbi bitirdikdən 10 gün müddətində təntənəli surətdə təqdim ediləcək.

Milli.Az


Tags:  sinfi bitirənlərə şəhadətnamə verilməyəcək VİDEO

RƏYLƏR


Top news