Komandante Fidel: İnqilabçının həyatı

Komandante Fidel: İnqilabçının həyatı
21:27 26 Noyabr 2016
94 Dünya
Ölkə mətbuatı
A- A+

Kubanın sabiq lideri Fidel Castro 90 yaşında vəfat edib. O, müasir dünyada hamıdan uzun müddətdə hakimiyyətdə olub.

Birləşmiş Ştatlar ondan xilas olmağa çalışsalar da, Fidel Castronun hakimiyyəti illərində 10 ABŞ prezidenti dəyişib

Milli.Az BBC-yə istinadən bildirir ki, tərəfdarlarının "Komandante" kimi müraciət etdikləri Fidel öz varlığı ilə Amerikaya xatırladıb ki, kommunizm bütün dünyada məğlubiyyətə uğrasa da, bəzi guşələrdə, lap elə onun qulağının dibində hələ də nəfəs alır.

Fidel 1926-cı ildə varlı mülkədar ailəsində anadan olmuşdu, lakin o, öz həyatı ilə əksəriyyəti yoxsul olan kubalıların həyatları arasındakı fərqdən elə sarsılıb ki, inqilabçıya çevrilib və adı korrupsiya və bərabərsizliyin simvoluna dönmüş Batistanın rejiminə qarşı mübarizə aparıb.

Fulgencio Batista

Varlı pleyboylar üçün sığınacaq rolunu oynayan Kuba mütəşəkkil cinayətkar sindikatlar tərəfindən idarə olunur, adada fahişəlik, qumar biznesi və narkotik maddə ticarəti çiçəklənirdi.

Fidel Castro bir qrup inqilabçı ilə birlikdə Sierra-Maestra dağlarında yerləşən bazadan klassik partizan kampaniyası aparıb. 1959-cu il yanvarın 2-də üsyançıların ordusu Havananı zəbt edib. Batista qaçıb.

Kubada argentinalı Ernesto Che Guevaranın da daxil olduğu yeni hökumət təşkil edilib. Hakimiyyət torpağı xalqa qaytarmağı və yoxsulların hüquqlarını qorumağı vəd edib.

Şərqə təkan

Fidel israr edirdi ki, onun ideologiyası ilk növbədə Kuba iodeologiyasıdır. "Bu nə kommunizm, nə də marksizmdir.

Castro

Bu, planlı iqtisadiyyat şəraitində təmsilçi demokratiya və sosial ədalətdir" deyirdi Castro həmin günlərdə.

Tezliklə Fideli ABŞ prezidenti Dwight Eisenhower sıxışdırmağa başladı və Kuba lideri sonralar bildirirdi ki, o, Sovet İttifaqının və onun rəhbəri Nikita Xruşşovun himayəsinə sığınmağa məcbur olub.

Kuba Soyuq müharibənin meydanına çevrilmişdi.

1961-ci ilin aprelində ABŞ Castro rejimini "Azadlıq adası"nı daha əvvəllər tərk etmiş Kuba qaçqınları ordusunun əli ilə devirməyə çalışdı.

Lakin Kuba ordusu Donuzlar körfəzindən edilən müdaxilənin qarşısını aldı. Bir çox insanlar həlak oldu, minədək kubalı əsir düşdü.

Beləliklə Fidel superdövlətin qulağının dibinə bir sillə vurmuş oldu. Superdövlət bu silləni heç vaxt bağışlamadı.

Bir il sonra Amerika kəşfiyyatı Kubada sovet raketlərinin yerləşdirilməsinə dair gizli planların üstünü açdı. Dünya nüvə müharibəsinin kandarında idi. Bu hadisə tarixə "Karib böhranı" adı ilə daxil olub.

Fidel Castro (solda) və Ernesto Che Guevara

"Həbsxanaya çevrilmiş bu adada hücum raketlərinin yerləşdirilməsi üçün meydançalar hazırlanıb, - deyirdi o vaxt ABŞ prezidenti John Kennedy, - bu bazaların yeganə məqsədi Qərb yarımkürəsinə nüvə zərbəsi endirmək ola bilər".

ABŞ və SSRİ sərt qarşıdurma vəziyyətində idilər və böhran onunla başa çatdı ki, Xruşşov raketləri Kubadan çıxartdı. Lakin bunun müqabilində, məxfi şəkildə amerikalılar da bəzi silahları Türkiyədən çıxarmalı oldular.

Afrika və yenidənqurma

Buna baxmayaraq, Fidel Castro Amerikanın bir nömrəli düşməninə çevrilmişdi.

Mərkəzi Kəşfiyyat İdarəsi ona qarşı müxtəlif sui-qəsd planları hazırlamışdı. Bunların arasında xüsusi siqar da vardı.

Bu siqar komandante onu alışdıran kimi partlamalı idi. Başqa planlar da müzakirə edilirdi. Bunlardan birinə görə Fidelin saqqalı qopub düşməli, onu gülüş obyektinə çevirməli idi.

Üsyançılar

Öz növbəsində Sovet İttifaqı Kubanı pula tutmuşdu. SSRİ adada yetişdirilən şəkər qamışının böyük hissəsini alırdı.

Əvəzində Havana limanına gələn sovet gəmiləri amerikalıların sərt embarqosu altında yaşayan kubalılar üçün müxtəlif mallar gətirirdilər.

Moskvadan asılı olmasına baxmayaraq, Fidel o vaxtlar yaranmağa başlamış "bloklara qoşulmayan ölkələr hərəkatı"na liderlik edirdi.

Afrikada gedən çoxsaylı münaqişələrdə isə Kuba bir qayda olaraq tərəflərdən birini dəstəkləyirdi. Məsələn o, öz əsgərlərini Anqola və Mozambikin marksist rejimlərini qorumaq üçün göndərirdi.

Daha sonra isə Mixail Qorbaçovun aşkarlıq və yenidənqurma zəmanəsi başlandı.

Komandante və onun inqilabı üçün bunlar fəlakətin carçıları idi. Moskva Kubadan şəkər qamışı almağı və əslində faktiki olaraq onun iqtisadiyyatına dəstəyi dayandırmışdı.

Castro və Xruşşov

Amerika embarqosu hələ də qüvvədə idi və Sovet İttifaqından gələn köməyin kəsilməsi nəticəsində adada hətta ən adi malların qıtlığı başlanmışdı. Kuba mağazalarının piştaxtaları boş idi.

Növbələr uzanır, səbir kasası daşırdı.

Didərginlik

Beləliklə, Fidel Castronun dünyanın ən inkişaf etmiş ölkəsi adlandırdığı Kuba əslində qatır arabalarının zəmanəsinə qayıtmışdı.

1990-cı illərin ortalarına yaxın belə vəziyyət kubalıların əksəriyyətini boğaza yığmışdı. Minlərlə kubalı Florida sahillərinə çatmaq üçün sınıq-salxaq qayıqlarda dənizə çıxırdılar.

Onların çoxları okeanda boğulurdu və bu özlüyündə komandantenin hakimiyyətinə etimadsızlığın göstəricisi idi.

Fidel Castro

Lakin hətta belə vaxtlarda da kommunist rejimi qələbələr çalırdı. Anası Florida sahillərində batmış gəmidə həlak olan Elian Gonsales uzun sürən çəkişmələrdən sonra Havanaya qayıtmışdı.

Bu prosesdə onun həm Kuba, həm də ABŞ-ın Miami ştatındakı qohumları iştirak edirdilər.

Fidel daxili cəbhədə də az uğurlar qazanmırdı. Gözəl Kuba səhiyyəsi yenə də havayı xidmət göstərirdi.

Uşaq ölümlərinin səviyyəsinə görə Kubanın göstəriciləri bir çox inkişaf etmiş ölkələri geridə qoyurdu.

20 və 21-ci əsrin hüdudlarında komandante mövqeyini bir qədər yumşaltmışdı. 1998-ci ildə Roma papası II John Paul Kubaya tarixi səfər etmişdi. Həmin hadisədən beşcə il əvvəl belə bir şey heç ağla da gəlməzdi.

Catsro

Müqəddəs ata səfər zamanı Kuba hakimiyyətini insan haqlarının pozulmasına görə tənqid etmiş, Fideli dünya mətbuatı qarşısında qibtəolunmaz vəziyyətə salmışdı.

Biz "Fidel" deyəndə...

Lakin özünün bütün aşkar uğursuzluqlarına baxmayaraq, Fidel Castro Karib kommunizminin təkrarsız brendini yarada bilmişdi.

İnqilabın ölməsinə imkan verməmək üçün adada yavaş-yavaş da olsa, bazar iqtisadiyyatı islahatlarına başlanmışdı.

Və o, ömrünün sonunadək Vaşinqton üçün göz dağı olaraq qala bildi. Məsələn, Fidel neftlə zəngin Venesuela ilə saziş bağlamışdı. Bu ölkənin prezidenti Hugo Chavez Kuba liderinin yaxın dostu idi və Amerikanı ən böyük günahlarda ittiham edir, ən görkəmli antikastro dissidentlərindən birinin Kubaya ekstradisiya edilməsinə çağırırdı.

II John Paul və Fidel Castro

Fidelin səhhəti və bununla əlaqədar onun varisi ilə bağlı şaiyələr 2004-cü ildən başlanmışdı.

Həmin vaxt komandante yıxılmış, diz qapağını və əlini sındırmışdı. Adı çəkilən varislərin arasında Fidelin qardaşı Raul da vardı.

2006-cı il, iyulun 31-də təcili cərrahiyyə əməliyyatından əvvəl Fidel Castro hakimiyyəti qardaşına təhvil verdi.

Bütün bu hadisələr zamanı Kuba hakimiyyət orqanları Fidelin ağır xərçəng xəstəliyinə tutulduğu barədə iddiaları qızğın şəkildə rədd edirdi.

Castro

2007-ci ilin fevralında Raul elan etdi ki, prezidentin durumu yaxşılaşır. Buna baxmayaraq, bir il sonra Milli Assambleyanın iclasında Fidel elan etdi ki, ölkənin və silahlı qüvvələrin başçısı postunda qalmaq istəmir.

"Mən hərəkilik və tam qüvvə tələb edən səlahiyyətləri öz üzərimə götürsəydim, vicdanımın xilafına getmiş olardım" - yazırdı komandante rəsmi Kuba qəzetində dərc edilmiş naməsində.

Fidel Castro sonuncu dəfə ictimaiyyət qarşısına avqust ayında 90 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirdə çıxıb.

Bir çox kubalılar Fideli açıq-aşkar xoşlamasa da, onu səmimi-qəlbdən sevənlər də az deyildi.

Ona pərəstiş edənlər "yankilərin təcavüzünə" sinə gərən Castronu Ameirka Qoliafına qarşı döyüşən Davidə bənzədirdilər. Belələri üçün Fidel və Kuba ayrılmaz anlayışlar idi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İlham Əliyev Misir Prezidentini təbrik edib

22 İyul 2017 16:53

Alişanın bu sözləri nişanlısını əsəbiləşdirəcək

22 İyul 2017 16:52

"Milan" "Bavariya"nı darmadağın etdi - VİDEO

22 İyul 2017 16:47

Azacıq dövlət tərbiyəniz olsun!

22 İyul 2017 16:43

"Qələbə qazanmaq motivasiyamızı artırar" - "Şerif"in qapıçısı

22 İyul 2017 16:37

İsti su içməyin 8 MÜKƏMMƏL FAYDASI

22 İyul 2017 16:33

Təyyarə məcburi eniş etdi - Quşa görə

22 İyul 2017 16:32

Bakı-Moskva əlaqələrində Soçi mərhələsi: düşmənlər təlaşda

22 İyul 2017 16:27

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası istifadəyə verilib

22 İyul 2017 16:27

Polisin "narkotik oyunu" -

22 İyul 2017 16:26

Uşaqlar zəlzələyə görə gecə küçədə yatdılar - FOTO - VİDEO

22 İyul 2017 16:22

Rusiya hərbi cinayətlərinə görə CAVAB VERƏCƏK - MƏHKƏMƏ

22 İyul 2017 16:18

Filippinin cənubunda tətbiq olunan hərbi vəziyyət rejiminin müddəti uzadılıb

22 İyul 2017 16:17

Meryem Uzerli gecə klubunda səhərə qədər iş adamı ilə rəqs etdi - FOTO

22 İyul 2017 16:17

Sxadadze istefa verdi

22 İyul 2017 16:12

53 yaşlı müəllimə şagird ilə seksə görə tutuldu - FOTO

22 İyul 2017 16:05

Yaqub Mahmudov: Dərsliklərin elmi məzmununa ciddi diqqət yetirilməlidir

22 İyul 2017 16:04

Günəş şüalarının bədənə İNANILMAZ TƏSİRİ

22 İyul 2017 16:03

Ədliyyə orqanlarında işləmək istəyənlərlə aparılacaq söhbətin tarixi açıqlanıb

22 İyul 2017 16:02

“Milan” Beynəlxalq Çempionlar Kubokunda “Bavariya”nı böyük hesabla məğlub edib

22 İyul 2017 16:02

Göyçayda iki avtobus yandı

22 İyul 2017 15:57

Kooperasiya Universitetində imtahan verən abituriyentlər yenidən imtahan verəcəklər

22 İyul 2017 15:57

“Prezidentin bu addımının dünyada bənzəri yoxdur” - MİLLƏT VƏKİLLƏRİ

22 İyul 2017 15:53

"Azərbaycan və Rusiya prezidentlərinin görüşü əməkdaşlığın inkişafı üçün müsbət nəticə verəcək"

22 İyul 2017 15:52

Cazibədar Emili çılpaq halda kamera qarşısında - FOTO

22 İyul 2017 15:47

Beynəlxalq Üzgüçülük Federasiyası bukmeker kontorlarının reklamlarını qadağan edib

22 İyul 2017 15:47

İlham Əliyev Misir Prezidentini təbrik edib

22 İyul 2017 15:47

I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb

22 İyul 2017 15:42

Prezident İlham Əliyev Misirin dövlət başçısına təbrik məktubu göndərib

22 İyul 2017 15:42

Balakəndə qədim Alban məbədi aşkarlanıb

22 İyul 2017 15:42

Azərbaycanlı aktyor Burak Özçivitlə görüşdü - FOTO

22 İyul 2017 15:38

"Panatinaikos" iştirak ərizəsini UEFA-ya göndərdi

22 İyul 2017 15:37

Süfrə arxasında bu 6 şeyi ƏSLA ETMƏYİN: “Nuş olsun” demək olmaz

22 İyul 2017 15:33

Azərbaycan-Rusiya: strateji münasibətlərin inkişafı üçün yeni impuls

22 İyul 2017 15:32

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı

22 İyul 2017 15:28

"Aqrolizinq"in texnikasını sığortalayacaq şirkətlərdən biri məlum olub

22 İyul 2017 15:27

"Qəbələ"nin 109 yaşlı rəqibi

22 İyul 2017 15:27

ABŞ-ın səhvən vurduğu polislərin sayı açıqlandı

22 İyul 2017 15:27

Baş prokuroru qətlə yetirən 28 nəfər öldürüləcək

22 İyul 2017 15:23

Sükan arxasında sifariş qəbul edən taksi sürücülərini cərimə gözləyir - VİDEO

22 İyul 2017 15:22

Bu insanlarla əlaqəni BİRDƏFƏLİK kəsin

22 İyul 2017 15:13

Aleksis Sançes PSJ ilə razılığa gəldi

22 İyul 2017 15:12

Xəzər Dəniz Gəmiçiliyi geyim formaları axtarır

22 İyul 2017 15:12

Markov: "Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinə təzyiqi gücləndirir"

22 İyul 2017 15:12

Biləsuvarda avtomobil qaçırılıb

22 İyul 2017 15:09

Bugünkü imtahan nəticələri nə vaxt elan ediləcək?

22 İyul 2017 15:08

Bu görüş ermənilərin bütün səylərini silə bilər

22 İyul 2017 15:05

“Onlar yenidən qəbul imtahanı verəcəklər” – DİM-dən açıqlama

22 İyul 2017 15:04

Bakıda universitetdə baş verən yanğın söndürülüb -

22 İyul 2017 15:03

"Deutsche Bank" yenidən cərimələnib

22 İyul 2017 15:02