Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azərbaycan bizim əsas qaz ixracatçımızdır” - Kaxa Kaladze

“Azərbaycan bizim əsas qaz ixracatçımızdır” - Kaxa Kaladze

Date: 26 November 2016 21:32

"Azərbaycan bizim əsas qaz ixracatçımızdır. Gürcüstan istehlak etdiyi təbii qazın böyük hissəsini Azərbaycandan alır".

Milli.Az "Report"a istinadən bildirir ki, bu sözləri parlamentdəki çıxışı zamanı Gürcüstanın energetika nazirinin vəzifələrini icra edən Kaxa Kaladze söyləyib.
Deputatların Gürcüstanın enerji, xüsusən də təbii qazla təminatı barədə suallarını cavablandıran Kaladze deyib: "Biz bu ilin fevral ayında təbii qazın alınması ilə əlaqədar Azərbaycan ilə çox mühüm sənəd imzalamışıq. Bu sənədə əsasən biz Azərbaycandan kifayət qədər mavi yanacaq alırıq. "Şahdəniz" layihəsi başa çatdıqdan sonra Gürcüstan qonşu ölkədən fasiləsiz, daha çox qaz alacaq".
Təbii qazın alınması ilə bağlı digər dövlətlərin müvafiq strukturları ilə aparılan danışıqlara münasibət bildirən Kaladze deyib ki, bu danışıqlar Gürcüstanın milli maraqları naminə həyata keçirilir və ölkənin maraqları üstün tutulur.

Milli.Az


Tags:  Azərbaycan bizim əsas qaz ixracatçımızdır Kaxa Kaladze

RƏYLƏR


Top news