Güləşçilərimiz 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazandılar - FOTO

Güləşçilərimiz 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazandılar - FOTO
21:52 26 Noyabr 2016
130 İdman
Ölkə mətbuatı
A- A+

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sayca 9-cu dəfə təşkil olunan turnirə 50-dən çox ölkədən 700-ə yaxın güləşçi qatılıb. Son yarış günündə yunan-Roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Güləşçilərimiz son yarış günündə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Həsən Əliyev (71 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Oyan Nəzəriani (130 kq) qazandırıblar. Yalnız final görüşündə uduzan Elvin Mürsəliyev (75 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Rövşən Tağıyev (66 kq) və Soltan İsmayılovun (85 kq) payına düşüb.

Xatırladaq ki, sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc, qadın güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar.

Beləliklə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsini güləşçilərimiz bütövlükdə 7 qızıl, 3 gümüş və 7 bürünc medalla başa vurublar.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR