“Qarabağ” beynəlxalq mükafatı təqdim olundu - FOTO

“Qarabağ” beynəlxalq mükafatı təqdim olundu - FOTO
22:05 26 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Mətbuat Şurasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə "Hərbi-vətənpərvərlik mövzusunun mediada işıqlandırılması xüsusisyyətləri" mövzusunda konfrans keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, konfrans iştirakçıları öncə Ümumilli lider Heydər Əliyevin Tərtər rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

Toplantını giriş sözü Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq rəhbərlik etdiyi rayonda aparılan geniş abadlıq və quruculuq işləri barədə məlumat verib.

M.Məmmədov ölkənin ümumi iqtisadi inkişafının rayonun həyatına da müsbət təsir göstərdiyini konkret faktlarla əsaslandırıb. Müharibə təhlükəsinin hər zaman aktual olduğunu vurğulayan icra başçısı əlavə edib ki, cəbhəyanı bölgə olan Tərtərdə böyük ruh yüksəkliyi və qələbəyə dərin inam hissi var.

M.Məmmədov fikrini əsaslandırmaq üçün bu ilin aprel ayının 1-dən 5-dək olan dövrdə cəbhə xəttində yaranmış gərginliyin rayona təsirini əks etdirən məqamlardan söz açıb. O bildirib ki, həmin müddətdə Tərtərin hər bir sakini yüksək əzmlə cəbhəyə dəstəyini göstərdi, bir an belə emosiyaya qapılmadı, təşvişə düşmədi: "Bu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasətə dərin inamın nəticəsi idi".

İcra başçısı həmçinin cəmiyyətdə ruh yüksəkliyinin yaradılmasında medianın oynadığı roldan söz açaraq deyib ki, müasir texnologiyalarının inkişaf etdyi hazırkı dövrdə informasiya son dərəcə müstəsna əhəmiyyət daşımaqdadır: "Tərtər Rayon İcra Hakimiyyəti mövcud amili hər zaman nəzərə alır, Azərbaycan Mətbuat Şurası ilə birgə layihəsinə əsasən hərbi-vətənpərvərlik mövzusunda yayımlanmış materialları nəzərdə keçirib. Mövzunun təqdimatında fərqlənən KİV-ləri Tərtər Rayon İcra Hakimiyyətinin Mətbuat Şurası ilə birgə təsis etdiyi "Qarabağ" beynəlxalq mükafatı təltif etməyi nəzərdə tutub".

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu ilin aprelində cəbhə xəttində gərginliyin yarandığı dövrdə Tərtərin də hadisələrin episentrində dayandığını vurğulayıb. Deputat həmin müddətdə rayon rəhbərliyi ilə müntəzəm əlaqədə olduğunu və bölgədəki ruh yüksəkliyindən fəxarət hissi keçirdiyini diqqətə çatdırıb: "Azərbaycan mediası da "aprel müharibəsi" zamanı kifayət qədər ardıcıl və peşəkar fəaliyyət göstərdi. Medianın təqdim etdiyi materiallar cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Əlbəttə, mövcud sahədə müəyyən nöqsanlar da qeydə alındı. Bununla belə kütləvi informasiya vasitələrinin işini yüksək qiymətləndirmək olar. Biz həmin vaxt Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla söhbətlərimiz oldu. Medianın cəmiyyət həyatındakı, xüsusən də hərbi-vətənpərvərlik təbliğatındakı rolunu nəzərə alaraq belə qərara aldıq ki, beynəlxalq miqyaslı "Qarabağ" mükafatı təsis edək. Əlbəttə, hələlik bu mükafatın yerli qaliblərini mükafatlandıracağıq. Mükafatlandırılma zamanı hərbi-vətənpərvərlik mövzusuna və Tərtər rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının işıqlandırılmasına ən çox önəm verən KİV-lər nəzərə alınıb. Gələn ildən başlayaraq biz Qarabağla bağlı xarici media vasitələrində yer almış ən yaxşı məqalələrin müəlliflərini də mükafatlandırmağı nəzərdə tuturuq. Hesab edirik ki, bu yolla Dağlıq Qarabağ həqiqətlərinin təbliğinə daha çox yer vermiş olarıq". Bundan sonra hərbi-vətənpərvərlik mövzusunun təqdimatında fərqlənmiş və Tərtər rayonu ilə bağlı ən yaxşı materialları təqdim etmiş 8 KİV - "Azərbaycan", "İki sahil", "Yeni Azərbaycan", "525-ci qəzet", "Xalq qəzeti", "Respublika", "Bakı xəbər" və "Xalq cəbhəsi" qəzetləri "Qarabağ" beynəlxalq mükafatına layiq görülüb.

Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin Tərtər rayonundan seçilmiş deputatı Sahib Alıyev, MŞ İdarə Heyətinin üzvləri - "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, şair-publisist Zabil Zeynalov və başqaları hərbi-vətənpərvərlik təbliğatının vacibliyini əsaslandıraraq bildiriblər ki, cəbhəyanı bölgə olan Tərtərdə məsələyə həssas yanaşılması olduqca vacibdir. "Qarabağ" beynəlxalq mükafatının təsis edilməsi isə təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin deyil, ümumən bölgənin tarixi və perspektiv imkanlarının təbliği kontekstində mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, konfransda iştirak edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və KİV rəhbərləri cəbhənin Tərtər rayonunun Talış kəndi istiqamətindəki təmas xəttinə baş çəkərək əsgərlərimizlə görüşüblər.

Milli.Az



















OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Çin bu türk ölkəsini işğal edir - Razılıq ƏLDƏ OLUNDU

30 Mart 2017 17:08

Azərbaycanlı qız alman futbolçu üçün görün nə etdi - VİDEO

30 Mart 2017 17:07

Azərbaycanda daha bir yazıçı intihar etdi

30 Mart 2017 17:04

İnstaqramın ən çox bəyənilən FOTOLARI

30 Mart 2017 16:58

Koçaryan Ter-Petrosyanın Qarabağı qaytarmaq təklifi haqda: “Ki Uest görüşündə...”

30 Mart 2017 16:53

Türkiyə serialının məşhur siması həbs olundu - FOTO

30 Mart 2017 16:52

İsrail polisi fələstinli qadını öldürdü

30 Mart 2017 16:52

Premyer Liqamızda 24-cü turun

30 Mart 2017 16:49

Məşhur meyxanaçı qardaşlara AĞIR İTKİ

30 Mart 2017 16:47

"Qarabağ"dan "Fənərbaxça"nın qapıçısına təklif - Sürpriz transfer

30 Mart 2017 16:47

Gənc ifaçı Rauf Lent.az-da CANLI YAYIM-da

30 Mart 2017 16:44

Putin: “Bütün digərləri yalanlar və kəşflərdir”

30 Mart 2017 16:43

"Gənclərin öpüşməsi ətrafdakıların ehtirasını oyadıb" - Elza Seyidcahan

30 Mart 2017 16:42

Deputat: "Azərbaycan iqtisadiyyatını artıq qeyri-neft sektorunun inkişafı üzərində qurub"

30 Mart 2017 16:42

Maqnit qasırğası ilə bağlı proqnozlar dəqiq deyilmiş

30 Mart 2017 16:38

Yeni “Windows”un çıxarılma tarixi məlum olub

30 Mart 2017 16:35

“Intel” korporasiyasının yeni həlli müasir sərt disklərlə müqayisədə 1000 dəfə daha sürətlidir

30 Mart 2017 16:35

Ana südünün əvəzi, vəhşi sürüdən yemək masasına, bir sənədin sirri... – SƏBUHİ MƏMMƏDLİ YAZIR

30 Mart 2017 16:34

"Qarabağ"sız Azərbaycan yığması

30 Mart 2017 16:32

Süni mayalanma ilə doğulan oğlan uşaqları ata ola bilmir?!

30 Mart 2017 16:28

Sərnişin dolu avtobus mağazaya çırpıldı - FOTO

30 Mart 2017 16:27

Qırmızı banan olduğunu bilirdinizmi?

30 Mart 2017 16:27

Tarixə düşən öpüşlər - FOTOLENT

30 Mart 2017 16:24

1-ci qrup əlillər təkrar müayinədən keçməyəcək

30 Mart 2017 16:23

Azərbaycanda daha yazıçı intihar edib - FOTO

30 Mart 2017 16:19

Qız atası olan Tahir İmanov MÖHKƏM ƏSƏBLƏŞDİ: "Sizə..." - FOTO

30 Mart 2017 16:18

"Şimşək" zavodunda partlayış - ÖLƏNLƏR VAR

30 Mart 2017 16:17

2 min il tarixi olan şəhər tapıldı

30 Mart 2017 16:17

Xalq artistinin ölüm xəbəri yayıldı

30 Mart 2017 16:14

Burada kişilərin qulluğunda yalnız çılpaq qızlar DAYANIR - FOTOLAR

30 Mart 2017 16:08

Futbolçu ailəsini dağıdan gözlçə ilə evlənir - FOTO/VİDEO

30 Mart 2017 16:07

"MTN-də məndən 50 min manat aldılar"

30 Mart 2017 16:05

Nazirlik əlillərə MÜRACİƏT ETDİ

30 Mart 2017 16:05

Bakının bu rayonlarında sürüşmə təhlükəsi var - SİYAHI

30 Mart 2017 16:04

“MTN-də cinayət işi başlanmamaq üçün 50 min manat tələb etdilər” – Generalların məhkəməsi

30 Mart 2017 16:03

Bu YENİ SƏLAHİYYƏT ancaq Səhiyyə Nazirliyinə verilə bilər

30 Mart 2017 15:57

Turun təyinatları açıqlandı

30 Mart 2017 15:57

Qadın sağlamlığı üçün KƏPƏNƏK məşqi - FOTO

30 Mart 2017 15:53

"Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir

30 Mart 2017 15:52

Nərgiz "İşte benim stilim"dən gedir - Səbəbini açıqladı - FOTO

30 Mart 2017 15:52

Xəzərdə QASIRĞA TƏHLÜKƏSİ: SOCAR işçilərin təxliyəsinə başladı

30 Mart 2017 15:48

ANS-in məşhur aparıcısının toyu oldu

30 Mart 2017 15:48

Azərbaycanın geyim bazarı - Nə tikib, nə satırıq?

30 Mart 2017 15:47

"Öpüşmək biz müsəlmanlara aid olan iş deyil" - SORĞU

30 Mart 2017 15:44

Liberman: "Azərbaycanla İsrail arasında münasibətlər gələcəkdə də inkişaf edəcək"

30 Mart 2017 15:42

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir

30 Mart 2017 15:42

Bu cihaz “Galaxy S8” qurğusunu kompüterə çevirəcək

30 Mart 2017 15:35

“Yoldaşım 2 yaşlı qızıma pornofilm göstərirdi” – Gənc anadan DƏHŞƏTDOLU ETİRAF

30 Mart 2017 15:33

Kilsəyə gedənləri aparan mikroavtobus qəzaya uğradı

30 Mart 2017 15:33

“Heydər Əliyev irsi və İslam həmrəyliyi”

30 Mart 2017 15:30