Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tramp Fidel Kastronu amansız diktator adlandırdı

Tramp Fidel Kastronu amansız diktator adlandırdı

Date: 26 November 2016 22:18

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kubanın inqilabçı lideri Fidel Kastronu diktator adlandırıb və Kubanın rifahının yaxşılaşdırılmasına kömək edəcəyini vəd verib.

Publika.az xəbər verir ki, o, Kubanın hələ də totalitar ölkə olaraq qalacağını bildirib. "Bu gün dünya demək olar ki, 60 il öz xalqını əzən amansız diktatorun gedişini qeyd edir. Fidel Kastronun mirası güllələnmiş komanda, oğurluq, ağlasığmaz əzablar, yoxsulluq və insanlara onların əsas hüquqlarından imtinadır", - deyə Trampın bəyanatında bildirilir.

Bununla belə, siyasətçi ümid etdiyini bildirib ki, Kuba tab gətirdiyi əzabları arxada qoyacaq və layiq olduğu azadlığına qovuşacaq.

Fidel Kastro cümə günü 90 yaşında vəfat edib.


Tags:  Tramp Fidel Kastronu amansız diktator adlandırdı


RƏYLƏR


Top news