Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qız üstündə ATIŞMA: 2 ölü, 2 yaralı

Qız üstündə ATIŞMA: 2 ölü, 2 yaralı

Date: 26 November 2016 22:22

Ukraynanın Zaporojye vilayətində erməni və gürcü gəncləri arasında atışma olub.
Milli.Az modern.az-a istinadən bildirir ki, qız üstündə baş verdiyi ehtimal olunan atışma Melitopol şəhərindəki kafelərdən birində, gecə saatlarında baş verib.
Hadisə zamanı 24 yaşlı gürcü və 26 yaşlı erməni gənclər ölüb. Xəstəxanaya ağır vəziyyətdə çatdırılan daha 2 gəncin isə milliyyəti açıqlanmır.
Melitopol şəhər polisinin rəisi Viktor Olxovski isə hadisənin milli zəmində baş vermə ehtimalını inkar edib və qız üstündə baş verdiyini bildirib.
Milli.Az


Tags:  Qız üstündə ATIŞMA ölü yaralı

RƏYLƏR


Top news