İsrail Fələstinə yanğınların söndürülməsində köməkliyə görə təşəkkür edib

İsrail Fələstinə yanğınların söndürülməsində köməkliyə görə təşəkkür edib
22:32 26 Noyabr 2016
105 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ İsrailin baş naziri Benyamin Netanyahu noyabrın 26-sı axşam Fələstin Administrasiyasının lideri Mahmud Abbasa zəng edərək yanğınların söndürülməsində göstərdiyi köməkliyə görə minnətdarlığını bildirib.
"Report" xəbər verir ki, Netanyahu Abbasa Hayfa və Yerusəlim ətrafı rayonlarda yanğınla mübarizədə iştirak edən səkkiz yanğınsöndürən qrupun göndərilməsi və göstərilən yardıma görə təşəkkürünü ifadə edib.
İsrailin hökumət başçısı bildirib ki, yəhudilər və ərəblər yanğınlardan xilas olaraq öz evlərini tərk etmək məcburiyyətində qalan insanları birgə qəbul ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/netanyahu-yanginlarin-sondurulmesinde-komekliye-gore-felestin-liderine-tesekkur-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR