Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moskvada Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclası keçirilib - FOTO

Moskvada Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclası keçirilib  - FOTO

Date: 26 November 2016 22:42

Noyabrın 26-da Moskvada Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, iclasda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, ÜAK prezidenti Mammədbağır Əliyev və təşkilatın Mərkəzi Şurasının üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə M.Əliyev açıb. O, konqresin Mərkəzi Şurasının iclasın keçirilməsi üçün yetərsayın olduğunu bildirib, gündəlikdə duran məsələlər barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin Azərbaycan dövlətinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. "Ümummilli liderimiz Heydər Əliyevin dəstəyi ilə qurulmuş bu Təşkilat yarandığı gündən biz ÜAK-a Rusiya-Azərbyacan arasında olan siyasi, iqtisadi və digər sahələrdə olan əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi üçün bir resurs kimi baxırıq. Biz bu resursdan məmnuniyyəylə istifadə edirik".

Prezidentin köməkçisi qeyd edib ki, ÜAK-ın güclü bir təşkilat kimi fəaliyyət göstərməsi Azərbaycan və Rusiya dövlətlərinin marağındadır: "Biz Ümumrusiya Azərbaycan Konqresin dinamik fəaliyyət göstərməsini istəyirik. Təşkilatın fəaliyyətində canlanmaya və dinamizmə ehtiyac var. Bunun üçün ÜAK-ın bütün üzvləri səylərini səfərbər etməlidirlər".

ÜAK icraçı katibi İlqar Hacıyev təşkilatın 2015-2016-cı illərdə gördüyü işlərlə bağlı hesabatla çıxış edib.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyada yaşayan azərbaycanlıların problemlərini daim diqqətdə saxladığını bildirib.

O, qeyd edib ki, ÜAK-ın Rusiyada yaşayan bütün azərbaycanlıları öz ətrafında birləşdirən güclü bir təşkilat olaraq fəaliyyətini daha effektiv qurması üçün daha çox işləməyə, yeni ideya və təkliflərə ehtiyac var.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı fikirlərini bildirib. P.Bülbüloğlu qeyd edib ki, Səfirlik Azərbaycan diasporunun daha da güclənməsi üçün öz səlahiyyətləri çərçivəsində bütün zəruri addımları atmağa hazırdır.

Mərkəzi Şuranın iclasında ÜAK-ın mövcud problemləri və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb, regional bölmələrin rəhbərlərinin rəy və təklifləri dinlənilib.

Milli.Az





Tags:  Moskvada Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclası keçirilib FOTO

RƏYLƏR


Top news