Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Araz" UEFA Kubokunda təsəlliverici qələbə qqzanıb

"Araz" UEFA Kubokunda təsəlliverici qələbə qqzanıb

Türkiyə kubokunda 1/4 finala start verildi (01 Mart 2017 09:17)

Tarix: 26 Noyabr 2016 22:57

Bakı. 26 noyabr. REPORT.AZ/ Xorvatiyada futzal üzrə UEFA Kubokunun elit-raundunun "B" qrupunda son turun oyunları keçirilir.
"Report" xəbər verir ki, Azərbaycan çempionu "Araz"ın rəqibi Almaniyanın "Hamburq" klubu olub.
Naxçıvan təmsilçisi "Dördlər finalı"na çıxmaq şansını itirdiyindən, bugünkü oyun ilk qələbəni qazanmaq baxımından təsəlliverici xarakter daşıyıb. Gözlənildiyi kimi, "Araz" inamlı qələbə qazanıb və qrupda mübarizəni 3 xalla 3-cü pillədə bitirib.
"Araz" ilk 2 matçda Xorvatiya "Nasional"ına 1:2, Rusiya "Yuqra"sına 0:4 hesabı ilə uduzub. Bu komandalar öz aralarındakı oyunda final mərhələsinə çıxacaq qrup liderini müəyyənləşdirəcək.
UEFA Kuboku, elit-raund mərhələsi, III tur
21:00. "Hamburq" (Almaniya) - "Araz" (Azərbaycan) - 1:5
Qollar: Kazım Onur Ulusoy, 27 - Rizvan Fərzəliyev, 4, Fineo, 6, Everton Kardoso, 9, Bolinha, 15, Fabio Poletto, 31

Teqlər:  Araz UEFA Kubokunda təsəlliverici qələbə qqzanıb



RƏYLƏR


Top xəbərlər