İnsanın övladı yoxdursa, mirası kimə qalacaq?

İnsanın övladı yoxdursa, mirası kimə qalacaq?
23:12 26 Noyabr 2016
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Miras hökmləri İslamda ən geniş və dəqiq şəkildə işlənmiş mövzulardan biridir. Hətta şəriətdə miras hökmlərini "fəraiz" adlı ayrıca bölümdə yerləşdirmişlər. İrs hökmlərində deyilir ki, dünyasını dəyişmiş insanın varisləri üç dəstəyə bölünür. Birinci dəstə mirasa ən çox haqqı çatan yaxın qohumlardır.

Milli.Az islam.az-a istinadən bildirir ki, bunlara ölünün ata-anası və övladları (övladları ölübsə, nəvələri) aiddir. Bu dəstədən heç kim yoxdursa, miras ikinci dəstəyə qalır. İkinci dəstəni ölünün baba-nənələri və qardaş-bacıları (qardaş-bacı özü ölübsə, övladları) təşkil edir. Əgər ikinci dəstəyə aid qohum yoxdursa, o halda miras üçüncü dəstəyə çatır. Bura isə ölünün əmi, bibi, dayı, xalaları və onların övladları daxildir. Beləliklə, əgər rəhmətə gedən şəxsin övladı yoxdursa, miras haqqı onun ata-anasına keçir. Əgər ata-ana da dünyadan gedibsə, ikinci dəstə miras hüququ qazanır. Hər bir qohumun miras payı şəriətdə müəyyən edilib. İrs mövzusunun xırdalıqları ilə bağlı şəriət kitablarına müraciət edilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR