Saqqallı və hərbi geyimli inqilabçı Castro

Saqqallı və hərbi geyimli inqilabçı Castro
23:12 26 Noyabr 2016
118 Dünya
Ölkə mətbuatı
A- A+

90 yaşında vəfat edən Kuba inqilabının lideri Fidel Castro tarixdə Qərb yarlmkürəsinin ilk marksist dövlətini quran, ən çox iqtidarda qalan kommunist lideri kimi qalacaq.

Fidel Castro 1926-cı il avqustun 13-də varlı bir kəndlinin oğlu kimi dünyayagəlib.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Havana Universitetində hüquq təhsili alıb. Uuniversitet illərindən sol və anti-imperialist siyasətlə maraqlanmağa başlayıb, tələbə hərəkatlarında fəal iştirak edib.

1947-ci ildə sosial ədalət, siyasi azadlıqları müdafiə edən Sosialist Partiyasına(Partido Ortodoxo) qoşulub.

1952-ci ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürmək istəyir. Ancaq general Fulgencio Batista hökuməti devirdiyindən seçkilər təxirə düşür.

Fidel Castro və qardaşı Raul Castro

Fidel Castro və qardaşı Raul Castro

"Hərəkat" adında təşkilat yaradan Fidel qardaşı Raul ilə birlikdə Batista diktatorluğunu devirmək məqsədiylə 1953-cü ildə Santiago de Cuba şəhərindən aralıda yerləşən Moncada hərbi kazarmasına hücum edir. Ancaq bu hücum uğursuzluqla nəticələnir. Fidel Castro və silahdaşları tutulub 15 il azadlıqdan məhrum edildi.

Həbsdə adını Moncada kazarmasına hücum tarixindən götürdüyü "26 İyul" hərəkatını yaradır. 1955-ci ildə əfvlə Fidel qardaşı Raul və 25 silahdaşı ilə birlikdə azadlığıa çıxır. Ancaq Kubadakı təzyiqlərə görə Meksikaya gedir.

Meksikada Che ilə tanış olur

Meksikada həmin vaxtlar gənc inqilabçı Ernesto "Che" Guevera ilə tnış olur. 1956-cı ildə qayıqla 81 silahdaşıyla birlikdə Kubaya qayıdır. Kuba dağlarına çəkilib Batistaya qarşı mübarizəyə başlayır. İki il sonra onlar qələbə qazanırlar.

1959-cu ildə Fidel Castro Kubada hakimiyyətə gələndə Marksist-Leninist proqram qəbul edir. Həmin vaxtdan Sovet İttfaqı ilə yaxşı münasibətlər qurur. O dövrdə minlərlə kubalı amerikaya qaçır.

Fidel Castro və Leonid Brezhnev

Fidel Castro və Leonid Brezhnev

Castro hökuməti ölkədəki amerikalıların mülklərini ictimailəşdirməyə başlayandan sonra ABŞ-la münasibətlər daha da pisləşir. 1960-cı ildə Kubaya qarşı embarqolar tətbiq olunmağa başlayır

Nüvə böhranı

1962-ci ildə Fidel Castro Sovet İttifaqının Kubada gizli nüvə slahı yerləşdirməsinə icazə vermişdi. Bundan sonra ABŞ prezidenti John F. Kennedy ABŞ-ın casus təyyarələrinin həmin yerin şəkillərini çəkiyini bütün dünyaya bəyan edir. Bu hadisədən sonra Sovet İittifaqı Kubadakı raketlərini geri çəkir.

Castronun hakimiyyəti dövründə təhsil və səhiyyə pulsuz olur. 1976-cı ildə Castro Kuba prezidenti seçilir.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Kuba əsas iqtisadi dəstəyindən

Fidel Castro və Venesuelanın keçmiş prezidenti Hugo Chavez ,1sentyabr 2006

Fidel Castro və Venesuelanın keçmiş prezidenti Hugo Chavez ,1sentyabr 2006

məhrum olur. Amerikanın embarqosuna görə iqtisadi fəlakətlə üz-üzə qalır. Bundan sonra özəlliklə turizm sahəsində Kubaya bəzi xarici investisiyaların qoyulmasna icazə verilir.

80 yaşında hakimiyyətdən çəkilir

80 yaşını qeyd etməyə az qalmış, 2006-cı ilin avqustunda Fidel Castro bağırsaq qanaması keçirir və əməliyyat olunur. Bundan sonra o hakimiyyəti qardaşı Raul Castroya verir.

2014-cü ilin dekabrında Kuba ilə ABŞ münasibətlərində yeni mərhələ başlayır. ABŞ prezidenti Barack Obama Kubaya qarşı embarqonu götürür. Həmin vaxt Fidel Castro bunu bölgədə sülhün təminatı üçün mühüm addım adlandırır. Ancaq ABŞ-a güvənmədiyini də bildirir.

Kuba xalqının 70 faizi bütün həyatı boyu Castrodan başqa dövlət rəhbəri görməyib. Kubalılar arasında Castroya nifrət edənlər qədər onu gerçəkdən sevənlər də var. Bir çox kubalı üçün Castro Kuba, Kuba Castro deməkdir.

Kuba inqilabının lideri, 20-ci əsrə damğasını vuran ən önəmli dövlət rəhbərlərindən olan Fidel Castro noyabrın 25-də 90 yaşında vəfat edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR