Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

FHN təyyarəsi İsrailin 8 məntəqəsində yanğını söndürüb

FHN təyyarəsi İsrailin 8 məntəqəsində yanğını söndürüb

Date: 26 November 2016 23:34

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi İsrailin 8 məntəqəsində yanğını müvəffəqiyyətlə söndürüb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, İsrail hökumətinin müraciəti əsasında Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi 25 noyabr 2016-cı il tarixində İsrailə göndərilib. Təyyarə noyabrın 26-da yanğın yerlərinin kəşfiyyat xarakterli uçuşlarını həyata keçirib və 80 ton su atmaqla 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.​


Tags:  FHN təyyarəsi İsrailin məntəqəsində yanğını söndürüb


RƏYLƏR


Top news