Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

FHN-nin təyyarəsi İsrailin 8 məntəqəsində yanğını uğurla söndürüb

FHN-nin təyyarəsi İsrailin 8 məntəqəsində yanğını uğurla söndürüb

Date: 26 November 2016 23:58

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi İsrailin 8 məntəqəsində yanğını müvəffəqiyyətlə söndürüb.

Publika.az xəbər verir ki, bu barədə FHN-nin yaydığı məlumatda bildirilir.

"Xəbər verildiyi kimi, İsrail hökumətinin müraciəti əsasında Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi 25 noyabr 2016-cı il tarixində İsrailə göndərilib. Təyyarə noyabrın 26-da yanğın yerlərinin kəşfiyyat xarakterli uçuşlarını həyata keçirib və 80 ton su atmaqla 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir", - deyə məlumatda bildirilir.​


Tags:  FHN-nin təyyarəsi İsrailin məntəqəsində yanğını uğurla söndürüb

RƏYLƏR


Top news