Emin "Boavişta"da debüt etdi, Kamran 90 dəqiqə oynadı

Emin "Boavişta"da debüt etdi, Kamran 90 dəqiqə oynadı
00:27 27 Noyabr 2016
169 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya çempionatında XI turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" "Sportinq"i qəbul edib.


Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kamran Ağayev meydana start heyətində çıxıb və sonadək oynayıb. Tur Emin Mahmudov üçün əlamətdar olub. Belə ki, o, "Boavişta"da debüt edib. O, 76-cı dəqiqədə Karrasanı əvəzləyib.


Qeyd edək ki, "Boavişta" 11 turda sonra 13 xal toplayıb və "Setubal"la 10-11-ci pillələri bölüşür.


Onu da qeyd edək ki, "Sportinq"in B komandasında Budaq Nəsirov çıxış edir.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-emin-quotboavitaquotda-debut-etdi-kamran-90-dqiq-oynad-t54479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR