Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tovuzda hamilə qadın qidadan zəhərlənib

Tovuzda hamilə qadın qidadan zəhərlənib

Date: 27 November 2016 00:47

Tovuz. 27 noyabr. REPORT.AZ/ Gecə saatlarında Tovuzda hamilə qadın konservləşdirilmiş qida məhsulundan zəhərlənib.
"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Aşağı Quşçu kənd sakini, 1992-ci il təvəllüdlü Reyhan Həsənova konservləşdirilmiş badımcan yedikdən sonra özündə narahatlıq hiss etdiyini bildirib və yaxınları onu dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Zərərçəkənə tibbi yardım göstərilib.
Xəstəxanadan verilən məlumata görə, hamilə qadının vəziyyəti normaldır.



Tags:  Tovuzda hamilə qadın qidadan zəhərlənib

RƏYLƏR


Top news