Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tramp: "Fidel Kastro amansız diktator olub"

Tramp: "Fidel Kastro amansız diktator olub"

Date: 27 November 2016 01:34

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kuba inqilabının lideri Fidel Kastronu diktator adlandırıb və Kubanın firavan olmasına yardım edəcəyini bəd edib.

 

“Bu gün dünya öz xalqını 60 il ərzində sıxan amansız diktatorun dünyadan köçməsini qeyd edir. Cəza dəstələri, oğurluq, əzab, yoxsulluq və insanların fundamental haqlarından məhrum olunması - budur Fidel Kastronun irsi. Ümid edirəm ki, gözəl Kuba xalqı sonda layiq olduğu tam azadlıqda yaşayacaq”, - deyə Trampın bəyanatında bildirilir.     

 

“Fidel Kastronun törətdiyi faciələr, ölüm və kədərin yaddaşlardan silinməsi mümkün olmasa da, bizim administrasiya Kuba xalqının nəhayət rifah və azadlığa doğru irəliləməsi üçün əlindən gələni edəcək”, - deyə Tramp bildirib.    


Tags:  Tramp Fidel Kastro amansız diktator olub



RƏYLƏR


Top news