Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Tottenhem" "Çelsi"yə uduzaraq çempionatda ilk məğlubiyyətini alıb

"Tottenhem" "Çelsi"yə uduzaraq çempionatda ilk məğlubiyyətini alıb

Date: 27 November 2016 01:57

Bakı. 27 noyabr. REPORT.AZ/ "Çelsi" futbol üzrə İngiltərə çempionatının 13-cü turunda evdə "Tottenhem"i 2:1 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, ev sahiblərinin heyətində qolları Pedro (45-ci dəqiqə) və Viktor Mozes (51), qonaqlarda isə Kristian Eriksen (11) vurub.
Ev sahiblərinin qapıçısı Tibo Kurtua 552-ci dəqiqədə çempionatda quru oyunlar seriyasını dayandırıb. Eyni zamanda "Çelsi" qələbə seriyasını 7 oyuna çatdırıb. London klubu sonuncu dəfə sentyabrın 24-də "Arsenal"a məğlub olub (0:3). "Tottenhem" İngiltərə Premyer Liqasında son altı oyundan birində qələbə qazanıb, "Çelsi"dən aldığı məğlubiyyət isə cari mövsümdə birinci olub.
"Tottenhem" bütün turnirlər çərçivəsində son 30 oyunda "Stemford Bric"də "Çelsi"yə qalib gələ bilmir.
"Çelsi" hazırda 31 xalla turnir cədvəlinə başçılıq edir. "Tottenhem" 5-ci yerdə qərarlaşıb (24 xal). Növbəti tur "Çelsi" səfərdə "Mançester Siti" ilə görüşəcək, "Tottenhesm" isə "Suonsi"ni qəbul edəcək.


Tags:  Tottenhem Çelsiyə uduzaraq çempionatda ilk məğlubiyyətini alıb

RƏYLƏR


Top news