Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tramp qorxuya düşdü: “Bu, dələduzluqdur!”

Tramp qorxuya düşdü: “Bu, dələduzluqdur!”

Date: 27 November 2016 01:58

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp səslərin yenidən sayılması ilə bağlı Yaşıllar Partiyasının cəhdlərini dələduzluq adlandırıb.

Publika.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi bildirib.

Donald Tramp seçkilərin nəticələrinin təxirə salınmadan tanınmasını tələb edib. “Xalq fikrini bildirdi, seçkilər bitdi. Hillari Klinton özü məğlubiyyəti etiraf edib və məni təbrik edib”, - Trampın yazılı açıqlamasında deyilir.

Trampın sözlərinə görə, səslərin təkrar sayılması Jill Steyn üçün ciblərini doldurmaq üsuludur.

Qeyd edək ki, Yaşıllar Partiyasından olan namizəd Jill Steyn Donald Trampın qazandığı Viskonsin ştatında səslərin yenidən sayılması üçün Seçki Komissiyasına müraciət edib. Jill Steyn iddia edib ki, seçki zamanı təşkil edilən kiber hücumlar nəticələrə təsir edib. Komissiyanın açıqlamasında bildirilir ki, müraciət edildikdən sonra ştatda səslərin yenidən sayılması üçün lazımi hazırlıqlar aparılır.

Donald Tramp Vinsontində 1 milyon 404 min, Hillari Klinton isə 1 milyon 381 min 823 səs almışdı.

Son məlumatlara görə, Klintonun köməkçiləri üç ştatda səslərin təkrar sayılmasında iştirak etməyə hazırdır. Bu haqda Klintonun seçkiqabağı qərargahının hüquqşünası Mark Elias bildirib. Daha əvvəl səsvermə hüququ üzrə mütəxəssislər qrupu Klintonu kiberhücumlar haqqında iddiaların yoxlanılması üçün Viskonsin, Miçiqan və Pensilvaniya ştatlarında səslərin təkrar sayılmasına nail olmağa çağırıblar.

Ömər Dağlı


Tags:  Tramp qorxuya düşdü Bu dələduzluqdur

RƏYLƏR


Top news