Liviyada terrorçularla toqquşma zamanı 8 əsgər ölüb

Liviyada terrorçularla toqquşma zamanı 8 əsgər ölüb
03:12 27 Noyabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 noyabr. REPORT.AZ/ Şənbə günü Liviyanın paytaxtı Tripolidən 450 km. şərqdə yerləşən Sirt şəhərində İŞİD terror qruplaşmasının üzvləri ilə baş verən silahlı toqquşma zamanı yerli milli razılıq hökumətinə sadiq ən azı 8 hərbçi həlak olub.
"Report" xəbər verir ki, bu barədə tibbi mənbələrə istinadən "Franc-Press" məlumat yayıb.
Misurat şəhər mərkəzi xəstəxanasının məlumatına görə, hökumət qüvvələrinin Sirtə hücumu zamanı 17 hərbçi yaralanıb. Atışma zamanı radikalların son dayaq məntəqəsi olan Qiza-Bəhriyə məhəlləsində təqribən 30 ev terrorçulardan azad edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/liviyada-terrorcularla-toqqusma-zamani-8-esger-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR