Krım kosmik müharibəyə daxil edildi - KREMLDƏN TƏHLÜKƏLİ ADDIM

Krım kosmik müharibəyə daxil edildi - KREMLDƏN TƏHLÜKƏLİ ADDIM
03:13 27 Noyabr 2016
90 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya ilhaq etdiyi Krım yarımadasında kosmik sahəyə nəzarət sisteminin yeni komplekslərini qurmağı planlaşdırır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu radiostansiyalardan birinin efirində Rusiya Hava-kosmik güclərinin kosmik qoşunlarının komandan müavini polkovnik Andrey İvaşin bildirib.

O, həmçinin qeyd edib ki, Altay, Uzaq Şərq və Buryatiyada analoji sistemlərin qurulması planlaşdırılır. Onun sözlərinə görə, komplekslər Rusiyaya maksimal hündürlük diapazonunda kosmik məkana nəzarət etməyə imkan verəcək.

Daha əvvəl, ABŞ prezidenti Barak Obama Konqresə kosmosda rəqiblərin güclənməsinin qarşısının alınması siyasətini özündə əks etdirən məruzəni göndərib. Obama qeyd edib ki, məruzə bir neçə hökumət strukturunun birgə işinin nəticəsidir. Onun hədəfi kosmosda ABŞ və onun müttəfiqləri üçün riskləri azaltmaq, həmçinin kosmosda ABŞ-ın hərəkətlərinin azadlığını təmin etməkdir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR