Dostu ilə əlbir olub dəmir alətlərlə qapını sındıraraq bibisinin evinə girib.
Xəzər Xəbər məlumat verir ki, Şirvan şəhər sakini Sahibə Musayevanın yaşadığı evdən oğurluq edilib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, 20 yaşlı Çoşqun Musayev dostu ilə birgə bibisinin mənzilinin qapısını dəmir alətlərin köməyi ilə sındırıb.
Mənzilə daxil olan dostlar oradan 38 min 700 manat dəyərində qızıl-zinət əşyaları, 2 ədəd mobil telefon, 6000 ABŞ dolları və 9500 manat pul oğurlayıb. İstintaq oğurlanan qızıl-zinət əşyalarının bir qismini Bakı şəhərində aşkar edərək geri qaytarıb. Bir qism əşyalar isə satılıb.