Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2017-ci ilin sevimli rəngi: Azur mavisi

2017-ci ilin sevimli rəngi: Azur mavisi

Date: 27 November 2016 04:32

Hər dönəmə damğa vuran rənglər var, amma son dövrün ən sürətli yüksəlişini qazanan azur mavisi moda trendlərinin sevimli rənginə çevrilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, krallıq mavisi olaraq da bilinən azur mavisi artıq demək olar ki, hər geyim markasının istifadə etdiyi rəng olub. İstənilən rənglə uyğunluq yarada bilən azur mavisi xüsusilə palto, pencək və ətəklərdə daha çox qarşımıza çıxır. Amma artıq azur mavisinə aksessuar, ayaqqabı, çantalara da rast gələ bilərsiniz.

Azur mavisi sayəsində həm şıq, həm də dəbli görünüşə sahib ola biləcəksiniz.
 
Başdan ayağa azur mavisi rəngində geyim geyinmək isə bu sezonun ən populyar trendlərindən biridir.

Milli.Az











Tags:  2017-ci ilin sevimli rəngi Azur mavisi

RƏYLƏR


Top news