"Laklı" ördək

"Laklı" ördək
07:05 27 Noyabr 2016
192 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az çin mətbəxindən ördək qızartmasının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1,5 kq-lıq cavan ördək 
1 x.q. qarışıq ədviyyat (üyüdülmüş dəfnə yarpağı, istiot, darçın)
4 ç. q. soya sousu
4 ç. q. duru bal 
azca duz

Ördəyi yuyub təmizləyin, üzərindəki xırda tüklərini ütün. Ədviyyata azca duz qatıb ördəyin içərisinə və çölünə çəkin.  

Ördəyin ən ətli yerlərini diş çöpü ilə deşin (yağı axması üçün). 

Formaya qarnı aşağı olmaqla qoyun. Əvvəlcədən 220-230 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bu, piyin əriyib, dərisinin də "özünü tutub" şirəni çox axıtmaması üçün belə edilir. 

Balı soya sousu ilə qarışdırın. 

Sobanın temperaturunu 190-200 dərəcəyə endirin. 

Bir saat ərzində hər 5 dəqiqədən bir ördəyi çıxarıb bu qarışığı üzərinə fırça ilə çəkin. 

Əgər bu müddət bitəndən sonra ördəyinizin rəngi çox açıqdırsa, o zaman sobanın temperaturunu qaldırıb rəngi qızaranadək bişirin. Əgər əksinə,  görsəniz ki, çox qızarıb yanır, o zaman sobanın aşağı gözünə keçirin. 

Nuş olsun! 

resept: domashniy.ru

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/493462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR