Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kürdəmir sakini Bakıda cinsi əlaqədə olduğu qadını polisə verdi

Kürdəmir sakini Bakıda cinsi əlaqədə olduğu qadını polisə verdi

Date: 27 November 2016 07:09

Bakının Yasamal rayonunda kirayədə yaşayan gənc oğlanın evindən oğurluq edilib.

 

Lent.az Teleqraf.com-a istinadən xəbər verir ki, rayon ərazisində kirayədə yaşayan Kürdəmir sakini Sahil Ələkbərovun evindən 100 manat pul və mobil telefon oğurlanıb.

 

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı sakini R. G. tutulub.

 

Məlumata görə, Sahil Ələkbərov R.G. ilə cinsi əlaqədə olmaq üçün onu kirayə yaşadığı evə gətirib, daha sonra qadın evi tərk edib. R.G gedəndən sonra Sahil Ələkbərov 100 manatının və mobil telefonunun da oğurlandığını görüb. O, hadisə ilə bağlı polisə məlumat verib.

 

Faktla bağlı cinayət işi başlayıb.


Tags:  Kürdəmir sakini Bakıda cinsi əlaqədə olduğu qadını polisə verdi


RƏYLƏR


Top news