İngiltərədə uduzmayan qalmadı - VİDEO

İngiltərədə uduzmayan qalmadı - VİDEO
07:33 27 Noyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi" İngiltərə çempionatının 13-cü turunda evdə "Tottenhem"i 2:1 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, ev sahiblərinin heyətində qolları Pedro (45-ci dəqiqə) və Viktor Mozes (51), qonaqlarda isə Kristian Eriksen (11) vurub.

Ev sahiblərinin qapıçısı Tibo Kurtua 552-ci dəqiqədə çempionatda quru oyunlar seriyasını dayandırıb. Eyni zamanda "Çelsi" qələbə seriyasını 7 oyuna çatdırıb. London klubu sonuncu dəfə sentyabrın 24-də "Arsenal"a məğlub olub (0:3). "Tottenhem" İngiltərə Premyer Liqasında son altı oyundan birində qələbə qazanıb, "Çelsi"dən aldığı məğlubiyyət isə cari mövsümdə birinci olub. Bununla da İngiltərəfə məlubiyyətsiz komanda qalmayıb.

"Çelsi" hazırda 31 xalla turnir cədvəlinə başçılıq edir. "Tottenhem" 5-ci yerdə qərarlaşıb (24 xal). Növbəti tur "Çelsi" səfərdə "Mançester Siti" ilə görüşəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/177505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR