"Neftçi" Gəncə səfərində, "Sumqayıt" autsayderə qarşı

"Neftçi" Gəncə səfərində, "Sumqayıt" autsayderə qarşı
09:03 27 Noyabr 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura start veriləcək.

Publika.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Açılış oyunu Gəncədə baş tutacaq. "Kəpəz" paytaxtın "Neftçi" klubunu qəbul edəcək. Komandalar turnir cədvəlində qonşu pillələrdə yer alıb. Meydan sahibləri 3 xal qazanarsa, 4-cü pilləyə qədər yüksələ bilər. "Neftçi" isə səfərdən 3 xal alarsa, yalnız bir pillə irəliləyərək "Kəpəz"i qabaqlaya bilər. Komandalar bu günədək ölkə çempionatlarında 44 oyun keçirib. Bu görüşlərin 21-i "Neftçi"nin, 16-sı isə "Kəpəz"in qələbəsi ilə yekunlaşıb. 7 oyunda isə qalib müəyyənləşməyib. "Neftçi" 4 oyundur meydanı qolsuz tərk etmir və ardıcıl 3 matçda 2 qol vurub. Son 8 ev oyununda qələbə qazanmayan "Kəpəz" sonuncu dəfə 14 il əvvəl qonaqlara xal verməyib.

Günün son oyununda isə Premyer Liqanın autsayderi AZAL "Sumqayıt"ı qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi qələbə sayəsində 4-cü pilləyə qədər irəliləmək şansı qazanacaqsa, "təyyarəçilər" analoji halda yalnız xal ehtiyatını artırmış olacaq.

Azərbaycan. Premyer Liqa, 13-cü tur

27 noyabr

14:00 "Kəpəz" - "Neftçi"

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə şəhər stadionu

16:00. AZAL - "Sumqayıt"

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Vüsal Əliyev

"AZAL Arena"

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/177499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR