Obama Klintonu Trampa zəng etmək üçün dilə tutub

Obama Klintonu Trampa zəng etmək üçün dilə tutub
09:05 27 Noyabr 2016
103 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama seçkilər gecəsi Demokratlar partiyasından namizəd Hillari Klintona zəng edərək məğlub olduğunu etiraf etməyə çağırıb.

Milli.Az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə  "The Hill" nəşri tezliklə dərc ediləcək ABŞ-da keçirilmiş prezident seçkiləri haqqında kitaba istinadən məlumat yayıb.  

Kitabın müəllifləri nəşrin Ağ Evdəki müxbiri Emi Parns Conatan Allen məlumatı üç mənbəyə istinadən veriblər.  

"Sən məğlub olduğunu etiraf etməlisən", - deyə Obama Miçiqan, Viskonsin və Pensilvaniya kimi həlledici ştatlarda səsvermənin yekun nəticələrini gözləyən sabiq dövlət katibinə bildirib.   

Klinton Obamanın çağırışına əməl edərək, noyabrın 8-dən 9-na keçən gecə Trampa zəng edib və məğlub olduğunu etiraf edib.  

Ağ Evdən bu məlumata hələlik heç bir şərh verilməyib.  

Məlumatda qeyd olunur ki, bu addım Klintonun müttəfiqlərinin narazılığına səbəb olub. Onların fikrincə, Klinton sonadək gözləməli idi, lakin Obamanın zəngi planları pozub.  

Nəşr Obama və Klinton düşərgələri arasında hazırda bəzi ştatlarda səslərin təkrar sayılması təklifinin  dəstəklənməsi uğrunda mübarizə getdiyini qeyd edib.

Qeyd edək ki, Hillari Klintonun qərargahı artıq Viskonsin ştatında səslərin təkrar sayılması prosesində iştirak edəcəyini bəyan edib.

Yaşıllar Partiyasından seçkilərdə namizəd olmuş Cil Stayn bundan əvvəl Viskonsin ştatında seçici səslərinin yenidən sayılması ilə bağlı seçki komissiyasına müraciət edib.

Donald Tramp seçici səslərinin yenidən sayılması cəhdlərini dələduzluq adlandırıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR