"Kəpəz" "Neftçi"ni, AZAL "Sumqayıt"ı qəbul edir

"Kəpəz" "Neftçi"ni, AZAL "Sumqayıt"ı qəbul edir
09:17 27 Noyabr 2016
110 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında 13-cü tura start veriləcək. 

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma oynanılacaq. 

"Kəpəz" öz meydanında "Neftçi"ni qəbul edəcək. Uzun illər ölkə futbolunda söz sahibi olan komandaların hazırkı durumları ürəkaçan deyil. Təsadüfi deyil ki, "Kəpəz" hazırda turnir cədvəlində 2, "Neftçi" isə yalnız 1 komandanı qabaqlayır. 

Görüş hər iki komanda üçün mühüm əhəmiyyət daşıyır. Son turlar uğursuzluqla üzləşən "Kəpəz" qələbə qazanmaqla vəziyyətini bir qədər yaxşılaşdırmağa çalışacaq. 

Günün digər oyunu isə "AZAL Arena"da keçiriləcək. Ötən tur "Neftçi"ni məğlub edən Samir Abasovun komandası bu gün qələbə qazanacağı halda, turnir cədvəlində dördüncü pilləyə yüksələcək. 

Topaz Premyer Liqası

XIII tur

27 noyabr

14:00 "Kəpəz" - "Neftçi"
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
Gəncə şəhər stadionu

16:00 AZAL - "Sumqayıt"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
"AZAL Arena"

28 noyabr (bazar ertəsi)

17:00 "Zirə" - "İnter"
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu

29 noyabr (çərşənbə axşamı)

19:00 "Qarabağ" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
"Azersun Arena" 

N Klublar O Q H M T-F X
1 Qəbələ 12 8 4 0 27-4 28
2 Qarabağ 12 9 1 2 24-5 28
3 İnter 12 6 5 1 20-11 23
4 Zirə 12 4 2 6 10-13 14
5 Sumqayıt 12 3 4 5 11-17 13
6 Kəpəz 12 2 6 4 7-11 12
7 Neftçi 12 3 0 9 9-27 9
8 AZAL 12 0 4 8 4-24 4
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR