Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Erməni silahlı bölmələri qumbaraatanlardan istifadə etməklə atəşkəsi pozub

Erməni silahlı bölmələri qumbaraatanlardan istifadə etməklə atəşkəsi pozub

Kəndlərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu (25 Mart 2017 10:43)
Ermənilər rayonlarımızı pulemyotlarla atəşə tutdu (25 Mart 2017 10:39)
Cəbhədən YENİ XƏBƏR (25 Mart 2017 10:32)

Tarix: 27 Noyabr 2016 09:17

Bakı. 27 noyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub.
"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Mərzili, Şıxlar, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Teqlər:  Erməni silahlı bölmələri qumbaraatanlardan istifadə etməklə atəşkəsi pozub



RƏYLƏR


Top xəbərlər