Niderlandda "quş qripi"nə yoluxan 200 minə yaxın ev quşu məhv edilib

Niderlandda "quş qripi"nə yoluxan 200 minə yaxın ev quşu məhv edilib
09:22 27 Noyabr 2016
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Niderlandın Flevoland əyalətinin Biddinqheyzen qəsəbəsində yerləşən ördək fermasında "quş qripi" aşkar olunub.
"Report" xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.
İdarənin məlumatına görə, virusun yayılmasının qarşısını almaq üçün oradakı bütün quşlar məhv edilib. Həmçinin ehtiyat tədbiri olaraq eyni firmanın Hirden və Ermelo yaşayış məntəqələrindəki (hər ikisi Qelderland əyalətində) iki təsərrüfatındakı ördəklər də məhv edilib. Ümumilikdə söhbət 180 min ev quşundan gedir. Bundan əlavə Biddinqheyzendə "quş qripi" aşkar olunan təsərrüfatın 1 km-də yerləşən fermada da 10 minə yaxın ev quşu məhv edilib.
Virusa yoluxmuş fermalardan 3 km. radiusda yerləşən şirkətlər ciddi nəzarətə götürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/niderlandda-ev-quslarinda-qus-qripi-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR