Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsraildə yanğınlar nəticəsində 132 nəfər xəsarət alıb

İsraildə yanğınlar nəticəsində 132 nəfər xəsarət alıb

Date: 27 November 2016 09:27

İsrailin Hayfa şəhərində ən azı 132 sakin yanğınlar zamanı xəsarət alıb.

Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, onların hamısı xəstəxanaya yerləşdirilib, əksəriyyəti isə artıq xəstəxananı tərk edib.

Zərərçəkənlərin problemləri, əsasən, tüstüdən zəhərlənmə ilə bağlıdır və onların sağlamlığına və həyatına risk daşımır.

İsrailə yanğınların söndürülməsi üçün İtaliya, İspaniya, Türkiyə, Azərbaycan, Xorvatiya, Kipr, Yunanıstan, Rusiya öz təyyarələrini göndərib.

Milli.Az


Tags:  İsraildə yanğınlar nəticəsində 132 nəfər xəsarət alıb

RƏYLƏR


Top news