“Neftçi”də stabillik çatışmır” – Şahin Diniyev

“Neftçi”də stabillik çatışmır” –   Şahin Diniyev
09:47 27 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+


Noyabrın 27-də Gəncə şəhər stadionunda “Neftçi” ilə üz-üzə gələcək “Kəpəz” doğma meydanda keçirdiyi məşqlə görüşün hazırlığını başa vurub. 


Fanat.Az xəbər verir ki, komanda artıq oyun vaxtını gözləyir. Bu arada “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına matçla bağlı fikirlərini bildirib: “Turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq, “Neftçi” ilə oyunlarımız derbi sayılır, tarix boyu belə olub. Düşünürəm ki, qarşıdakı oyun da maraqlı alınacaq. Hər iki komandaya qələbə lazımdır. Bizdən yuxarıda olan rəqiblərdən çox da aralı düşməmək üçün üç xal qazanmaq vacibdir. Rəqibin yaxşı oyunçuları var, sadəcə, stabillik çatışmır. Gərgin matç olacaq. İtkilərimizə baxmayaraq, ev oyununu maksimum nəticə ilə başa vurmağa çalışacağıq. Son matçları tam heyətlə oynamaqda çətinlik çəkirik, zədə və ya cəzaya görə bəzi futbolçular bizə kömək edə bilmir. İtkilər komandaya təsir edir, amma bunu minimuma endirməyə çalışacağıq”.



Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neftcid-stabillik-catmr-t54483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR