Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Futbolçular azarkeşlәrә qırmızı vәrәqә göstәrәcәklər

Futbolçular azarkeşlәrә qırmızı vәrәqә göstәrәcәklər

Date: 27 November 2016 10:05

"Gender әsaslı Zorakılığa Qarşı 16 Günlük Fәallıq" hәr il noyabrın 25-dә başlayır vә dekabrın 10-da başa çatır.

Milli.Az qafqazinfo-ya istinadən xәbәr verir ki, "16 günlük kampaniya" kimi tanınan bu fәaliyyәt fәrdlәr vә tәşkilatlar tәrәfindәn bütün dünyada qadınlara vә qızlara qarşı zorakılığa son qoymağa çağırış etmәk üçün birgә strategiya kimi istifadә olunur.

Azәrbaycan Premyer Liqasının 13-cü turunda keçirilәcәk "Kәpәz" - "Neftçi" matçında da bu kampaniya davam etdirilәcәk. Belә ki, futbolçular himn oxunandan sonra әllәrindәki qırmızı vәrәqәlәri tirbunalara göstәrәcәklәr. Qeyd edәk ki, bu hal "Qarabağ" - "Qәbәlә" matçında da davam etdirilәcәk.

Milli.Az


Tags:  Futbolçular azarkeşlәrә qırmızı vәrәqә göstәrәcәklər

RƏYLƏR


Top news