Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
10:33 27 Noyabr 2016
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 27-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-4°, gündüz 6-9° isti, Bakıda gecə 1-3°, gündüz 6-8° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək, 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/177507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR