Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Cəbhədə düşmən təxribatı davam edir

Cəbhədə düşmən təxribatı davam edir

Azərbaycan Müdafiə Nazirliyi: Düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuz şəhid olub (28 Fevral 2017 12:02)
Cəbhədən yenə şəhid xəbəri gəldi - Vətən sağ olsun! / SON DƏQİQƏ (28 Fevral 2017 11:56)
Bütün cəbhə boyu erməni təxribatı davam edir: düşmən itki verdi (27 Fevral 2017 10:33)

Tarix: 27 Noyabr 2016 10:33

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub.

Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Mərzili, Şıxlar, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Teqlər:  Cəbhədə düşmən təxribatı davam edir



RƏYLƏR


Top xəbərlər