Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bacısı Fidel Kastronun dəfninə getməyəcək

Bacısı Fidel Kastronun dəfninə getməyəcək

Date: 27 November 2016 10:47

Kubanın inqilabçı lideri Fidel Kastronun ABŞ-ın Florida ştatının Mayami şəhərində yaşayan kiçik bacısı Xuanita Kastro qardaşının dəfn mərasimində iştirak etməyəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə o, Mayamidə dərc olunan ispandilli "El Nuevo Herald" qəzetinə bildirib.

"Kubaya dəfn mərasiminə gedəcəyimlə bağlı yanlış şayiələrlə bağlı demək istəyirəm ki, mən heç vaxt adaya qayıtmamışam və bunu etməyi də planlaşdırmıram. Düz 51 əvvəl mən öz ölkələrinin azadlığı üçün mübarizə apara biləcəkləri yerin axtarışına çıxan bütün kubalılar kimi Mayamiyə mühacirətə yollandım. Mən hələ də öz mövqeyimi dəyişməmişəm, baxmayaraq ki, bu mənə baha başa gəlib", - deyə o, bildirib.

Eyni zamanda qadın etiraf edib ki, ideoloji fikir ayrılığına baxmayaraq o, qardaşının ölüm xəbərini kədərlə qarşılayıb.

Milli.Az


Tags:  Bacısı Fidel Kastronun dəfninə getməyəcək


RƏYLƏR


Top news