Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Atom enerjisindən imtina ilə bağlı referendum keçirilir

Atom enerjisindən imtina ilə bağlı referendum keçirilir

Date: 27 November 2016 11:17

Bu gün İsveçrədə atom enerjisindən istifadədən tezliklə imtina edilməsini nəzərdə tutan referendum keçirilir.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu təşəbbüsün müəllifi Yaşıllar Partiyasıdır. 

Yaşıllar Partiyası atom elektrik stansiyalarının (AES) istismarının müddətinin 45 illə məhdudlaşdırılmasını təklif edib. Əgər referendumda təşəbbüs dəstəklənərsə, 3 AES gələn il olmaqla, növbəti 13 ildə ölkədəki 5 AES-in hamısı fəaliyyətini dayandıracaq. İctimai rəy sorğularına əsasən, əhalinin əksəriyyəti tezliklə atom enerjisindən imtina edilməsini dəstəkləyir.

Səsvermənin nəticələri yerli vaxtla saat 16.30-da məlum olacaq. 

Milli.Az


Tags:  Atom enerjisindən imtina bağlı referendum keçirilir

RƏYLƏR


Top news