Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
12:17 27 Noyabr 2016
390 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 noyabr. REPORT.AZ/ Noyabrın 28-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman gözlənilir.
Həmçinin bildirilir ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütünu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/sabaha-olan-hava-proqnozu-aciqlanib13

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR