"1 milyon versələr arıqlayaram" - Almaz Ələsgərli

"1 milyon versələr arıqlayaram" -  Almaz Ələsgərli
12:31 27 Noyabr 2016
325 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Almaz Ələsgərli ürəyincə təşkilatçıların olmamasından şikayətlənib.

Axşam.az-ın məlumatına görə, müğənni "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, özünə prodüser axtarır:

"Gərək səni televizorda görəndə kanalı çevirməsinlər. Tamaşaçı səni efirdə görəndə desin ki, necə pozitiv müğənnidir. Yaxşı prodüser axtarıram, işi yaxşı apara bilsin. Hər zaman solo konsert verməyi arzulamışam. Türkiyəli ifaçıların konsertinə həsrətlə baxıram. Türk məşhur bizə gəlir, 1,5 saat oxuyur, 70 min alıb gedir. Mənə 70 min versəydilər, 3 saat oxuyardım. Yaxşı prodüser tapmaqda çətinlik çəkirəm".

Aktrisa kimi filmlərə təklif alan A.Ələsgərli bu işdən də narazı olduğunu deyib:

"Mənə xoş gələn təklif azdır. Hər filmə razılıq verə bilmərəm. Rolları seçməliyəm. Əgər 1 milyon versələr, rol üçün 1 saata arıqlayaram".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR