Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

3 avtomobil toqquşdu: 4 yaralı

3 avtomobil toqquşdu: 4 yaralı

Date: 27 November 2016 12:37

Salyanda ağır yol qəzası baş verib. Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 50-ci km-də, Çuxanlı kəndi ərazisində qeydə alınıb.

Qəza "Mercedes", "VAZ" və "Niva" markalı maşınların toqquşması nəticəsində baş verib. Nəticədə "Niva"nın sürücüsü, 40 yaşlı Salyan şəhər sakini Seyfəddin Aləttin oğlu Zeynalov, 61 yaşlı Şirvan şəhər sakini Əliabbas Lazım oğlu Məmmədov, Salyan şəhər sakinləri - 49 yaşlı Əfqan Murad oğlu Səfərov, 57 yaşlı Şəmsi Əlsahib oğlu Dadaşov müxtəlif dərəcəli bədən xasarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan üçü Travmatologiya şöbəsinə yerləşdirilib, "Niva"nın sürücü isə ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  avtomobil toqquşdu yaralı

RƏYLƏR


Top news