Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Narkotik bitkilər əkib-becərən şəxs tutuldu

Narkotik bitkilər əkib-becərən şəxs tutuldu

Cəlilabad sakini narkotik vasitə ilə tutuldu (12 Mart 2017 17:05)
Azərbaycan qanunvericiliyində narkotik maddələrlə bağlı YENİ MÜDDƏA (20 Fevral 2017 19:38)
Azərbaycan qanunvericiliyinə narkotik maddələrlə bağlı yeni müddəa daxil edilib (20 Fevral 2017 19:32)

Tarix: 27 Noyabr 2016 13:19

Göygöldə qanunsuz olaraq narkotik tərkibli bitki əkib becərən və saxlayan şəxs saxlanılıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun  Balçılı kənd sakini 1955-ci il təvəllüdlü İlqar Əliyev şübhəli şəxs kimi saxlanılıb.

 

Onun üzərinə baxış zamanı cibindən 45 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Dindirilmə zamanı İ. Əliyev yaşadığı evin həyətində də narkotik tərkibli bitkilər əkib becərdiyini, həmçinin kəndin yaxınlığında olan çaydan yabanı halda bitən çətənə kolları topladığını bildirib. Saxlanılan şəxsin evinə baxış zamanı bir neçə kisə qurudulmuş marixuana və xaş-xaş toxumları aşkar olunaraq götürülüb. İlqar Əliyev bir ildir ki, narkotik tərkibli bitkilər əkib becərdiyini deyib.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. 


Teqlər:  Narkotik bitkilər əkib-becərən şəxs tutuldu



RƏYLƏR


Top xəbərlər