Şəriki Vidadi Zeynalovu "satıb", canını qurtarmaq istədi, amma… - MİLYONLUQ İTTİHAM

Şəriki Vidadi Zeynalovu "satıb", canını qurtarmaq istədi, amma… - MİLYONLUQ İTTİHAM
13:28 27 Noyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Vidadi Zeynalov dövlətə vurduğu ziyanın bir qismini ödədi (13 İyun 2017 11:59)

"Rabitə işi"nə görə həbs edilən şəxslərdən biri də Namazalı Məmmədovdur. O, "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin təsisçisi və direktoru olub. Onun rəhbərlik etdiyi MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin tabeliyində olan bir çox müəssisələrdə təmir-tikinti işlərini həyata keçirib.

Nazirliyin yüksək vəzifəli şəxsləri ilə yaxın münasibətləri olan N.Məmmədov görülən təmir-tikinti işlərinə ayrılan vəsaitin şişirdilməsində və mənimsənilməsində təqsirləndirilir.

Namazalı Məmmədovun epizodu üzrə ortaya çıxan maraqlı məqam Vidadi Zeynalovun ona qarşı ifadə verməsi olub. Belə ki, N.Məmmədov istintaqa ifadə verərək heç bir qanunsuz əmələ əl atmadığını, ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını deyib. Ancaq nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov üzləşmə zamanı N.Məmmədovun əməllərini sadalayaraq onu ifşa edib.

Publika.az bildirir ki, musavat.com-un əldə etdiyi məlumata görə, "Rabitə çetesi"nin əməlləri araşdırılarkən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən "Optik Rabitə Tikinti və Quraşdırma" MMC, eləcə də Namazalı Məmmədovun idarə heyətinin sədri və səhmdarı olduğu "Rabitə-Tikinti" ASC-nin maliyyə-təsərrüfat fəaliyyətləri yoxlanılarkən işlərin dəyərinin artırılması ilə bağlı göstərilən hesablamalar - mal-materialların, görülmüş işlərin, maşın-mexanizm xərclərinin və əlavə xərclərin müəyyən edilməsi zamanı real bazar qiymətləri nəzərə alınmayıb. 2011-2012-ci illərdə eyni dövrdə Sabirabad, Kürdəmir, Lənkəran və Tərtər Telekommunikasiya Qovşaqlarında görülən eyni işlə bağlı müxtəlif qiymətlər şişirdilib.

N.Məmmədov istintaqa ifadəsində deyib ki, kotirovka sorğusu və tenderin keçirilməsi sifarişçi təşkilatın səlahiyyətlərinə aid olmaqla, həmin təşkilatların qəbul edəcəyi qərarlara hər hansı təsir etmək imkanı olmayıb. Onun szölərinə görə, rabitə sahəsində uzun müddət təcrübəyə malik və bu sahədə tanınmış mütəxəssis olduğuna görə sifarişçi təşkilatlar həmin işlərin keyfiyyətlə görülməsi üçün ilk növbədə ona müraciət ediblər.
Namazalı Məmmədov ifadəsində göstərib ki, direktoru olduğu "Optik Rabitə Tikinti və Quraşdırma" MMC, təsisçisi və idarə heyətinin sədri olduğu "Rabitə-Tikinti" ATSC, eləcə də partnyoru olduğu "Optik Tikinti Montaj" MMC-lərə ümumilikdə işlərin görülməsi üçün köçürülmüş pul vəsaitinin hamısı yerinə yetirilməsi nəzərdə tutulmuş təmir tikinti və quraşdırma işlərinin görülməsinə sərf olunub. Həmin cəmiyyətlərə köçürülmüş pul vəsaitindən əlavə olaraq heç kimə, eləcə də Vidadi Zeynalova və Səhrab Hümbətova verməyib və həmin puldan heç bir məbləği mənimsəməyib.

Tərəflərin üzləşdirilməsi

Ancaq Vidadi Zeynalov ifadəsində Namazalı Məmmədovun da "mənimsəmə əməliyyatı"nda iştirak etdiyini deyib. Bunun üçün də istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onlar üzləşdirilib.
Üzləşdirmə zamanı Vidadi Zeynalov tapşırığı əsasında Namazalı Məmmədovun 2009-2014-cü illər ərzində müxtəlif rayonlarında kabel xətlərinin çəkilişi və rekonstiksiyası məqsədilə direktoru olduğu "Optik Rabitə Tikinti və Quraşdırma" MMC, təsisçisi və idarə heyətinin sədri olduğu "Rabitə Tikinti" ASC, eləcə də partnyoru olduğu "Optik Tikinti Montaj" MMC-yə köçürülmüş təxminən 15 milyon manat pul vəsaitinin 30 faizini (4 milyon 500 min manatı) iş otağında ondan qəbul etdiyini deyib. V.Zeynalov ona verdiyi pullardan əlavə Namazalı Məmmədova da əlavə pul qaldığını üzləşmə zamanı bildirib.

Ancaq üzləşmə zamanı N.Məmmədov bunları təkzib edib. İstintaq belə nəticəyə gəlib ki, Vidadi Zeynalovun göstərdikləri işin digər halları ilə uyğunluq təşkil etdiyindən üzləşmə zamanı onun verdiyi ifadə sübut kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, elan olunan ittiham aktına görə, N.Məmmədov 1 yanvar 2009-cu il tarixdən 29 oktyabr 2015-ci il tarixədək yaxın münasibətdə olduğu Vidadi Zeynalovla öz aralarında icra edəcəkləri funksiyaya uyğun olaraq aparılmış vəzifə bölgüsünə əsasən, əldə edəcəkləri vəsaitin özlərinin arasında bölüşdürülməsini, şəxsi firavanlıqlarının təmini üçün konkret hallarda ayrı-ayrı məbləğlərin ayrılmasını razılaşdırıb, bununla da özləri üçün qanunsuz olaraq maddi və sair nemətlər, yüksək gəlir, bahalı əmlaklar, qızıl-zinət əşyaları əldə etmək, külli miqdarda fayda götürmək üçün cinayət əməlləri törədiblər.

N.Məmmədov rəhbərlik etdiyi şirkətlərə ümumilikdə artıq qiymətlərlə 19 milyon 841 min manat vəsaiti müvafiq sənədlərdə rəsmiləşdirilib. Qeyd edilən cəmiyyətlərə ayrılması nəzərdə tutulmuş 36 milyon 206 min manat vəsaitin 23 milyon 65 min manat məbləğində olan hissəsinin köçürülməsinə nail olub.
Həmin cəmiyyətlərin hesablaşma hesabına köçürülmüş qeyd edilən vəsaitin ƏDV-siz 12 milyon 224 min manatını nəğdləşdirməklə Vidadi Zeynalov tərəfindən müəyyən olunmuş müvafiq bölgüyə və qaydaya uyğun olaraq, göstərilən dövr ərzində həmin məbləğdən cəmi 8 milyon 72 min manat pulu şəxsən nazirliyin binasındakı xidməti otağında V.Zeynalova verib.

N.Məmmədov cəmi 4 milyon 119 min manat pulu isə özünə götürüb, şəxsi ehtiyaclarına xərcləyərək, ona etibar olunmuş külli miqdarda dövlət əmlakını mənimsəmə yolu ilə talamaqda ittiham olunur.
Qeyd edək ki, "Rabitə işi"nə görə həbs edilənlərin və şahidlərin əksəriyyəti ifadələrində Vidadi Zeynalovun adını çəkiblər. Onlar "mənimsəmə əməliyyatı"nın başında V.Zeynalovun durduğunu və bütün işləri onun tapşırığı ilə icra etdiklərini deyiblər.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çexiyada iş saatları azaldıldı

22 İyun 2017 21:05

Siqaret çəkənlərə PİS XƏBƏR - CƏRİMƏLƏNƏCƏKSİNİZ

22 İyun 2017 21:05

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

22 İyun 2017 21:05

Qəbirdə ilk gecə nələr olur?

22 İyun 2017 21:05

Booking.com geri qayıdır

22 İyun 2017 21:05

Fransa Senatında azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemi müzakirə olundu - FOTOLAR

22 İyun 2017 21:03

Siqaret kötüyünü yerə atanlar cərimələnəcək

22 İyun 2017 21:01

Ağacdan yıxıldı, onurğa sütunu sındı

22 İyun 2017 20:59

Rusiyalı gözəl Bakıya gəldi - FOTOlar

22 İyun 2017 20:57

ABŞ hökuməti polad idxalına məhdudiyyətlər tətbiq edə bilər

22 İyun 2017 20:57

Konfederasiyalar kuboku:

22 İyun 2017 20:57

Çexiyada istilər səbəbindən iş saatları azaldılıb

22 İyun 2017 20:55

Şimal regionunun ilk qadın nağaraçısı - VİDEO - FOTO

22 İyun 2017 20:52

Yalnız dəlicəsinə aşiq olan insanların münasibətləri haqqında 9 təsirli MƏQAM

22 İyun 2017 20:48

Əkizlər toya hazırlaşır

22 İyun 2017 20:42

Fransada azərbaycanlı məcburi köçkünlərin problemləri müzakirə olunub -

22 İyun 2017 20:40

BMT: Yer kürəsi əhalisinin sayı 2100-cü ilədək 11 milyarda çatacaq

22 İyun 2017 20:37

Bakı "İnter"inin rəqibi hazırlıq oyununda qalib gəldi

22 İyun 2017 20:37

Ramazanın 28-ci günü: dua, imsak və iftar vaxtı

22 İyun 2017 20:36

Ağstafada "Qrad" raketi tapıldı

22 İyun 2017 20:32

Qadınla kişi bir məsciddə?!...

22 İyun 2017 20:32

Ağstafada ″Qrad″ raketi aşkarlanıb

22 İyun 2017 20:29

DMX: Neft-qaz layihələrində işləyən azərbaycanlıların sayı 90 faizə yüksəldilib

22 İyun 2017 20:27

Səmranın anası: "Qızımın sponsoru özüməm" - FOTO

22 İyun 2017 20:27

DİQQƏT!

22 İyun 2017 20:26

Qırğızıstan və Qazaxıstan Suriya müharibəsinə qoşulur

22 İyun 2017 20:23

At uşağa dayəlik etdi: hər kəs təəccüb içində - VİDEO

22 İyun 2017 20:22

Azərbaycan şirkəti Avropa Olimpiya Festivalını idarə edəcək

22 İyun 2017 20:22

Təkbaşına 4 erməni zabiti güllələyən azərbaycanlının hekayəti - VİDEO - FOTO

22 İyun 2017 20:17

Almaniyada qasırğa - Ölən var

22 İyun 2017 20:17

Yaponiya şirkəti əməliyyatlarını Frankfurta köçürür

22 İyun 2017 20:12

Zülfiyyə Xanbabayevanın yeni mahnısı plagiatdır? - VİDEO

22 İyun 2017 20:12

Poroşenko: “Saakaşvili əfsus ki, əhəmiyyətli heç nə etmədi”

22 İyun 2017 20:08

Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq lazımdır

22 İyun 2017 20:08

Ana və oğlu "şeytan çarxı"ndan yıxılıb öldülər - VİDEO

22 İyun 2017 20:05

Bir il əvvəlki RAZILAŞMA, payızda QARABAĞDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

22 İyun 2017 20:03

Homoseksual modelyerin həyatı serial olur - FOTO

22 İyun 2017 19:57

Belçikada "Azərbaycan - tolerantlıq diyarı" adlı sərginin açılışı olub

22 İyun 2017 19:57

Almaniyada qasırğa - 1 nəfər ölüb

22 İyun 2017 19:55

Öldükdən sonra bədəndə nələr baş verir?

22 İyun 2017 19:54

Yeni il tətili ləğv edilə bilər - Rusiyada

22 İyun 2017 19:52

"Real" iki dünya ulduzu ilə razılığa gəldi

22 İyun 2017 19:47

Gecə saatlarında öpüşərkən tutuldular - FOTO

22 İyun 2017 19:47

Milli Məclisin deputatı Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

22 İyun 2017 19:42

ABŞ üçün Rusiyaya qarşı yeni QANUN LAYİHƏSİ

22 İyun 2017 19:38

Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək

22 İyun 2017 19:37

Gülşən Qədr gecəsi ziyarətdə

22 İyun 2017 19:37

Sabah Bakının bəzi hissələrində qaz olmayacaq

22 İyun 2017 19:36

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə mükafatlandırıldı

22 İyun 2017 19:35

Bakıda şirkət basqınında şübhəli bilinən şəxslərin axtarışı davam etdirilir

22 İyun 2017 19:33