Trampın prezidentliyinə ciddi təhlükə - Üç kritik ştatda səslər yenidən sayılır

Trampın prezidentliyinə ciddi təhlükə - Üç kritik ştatda səslər yenidən sayılır
13:33 27 Noyabr 2016
65 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da keçirilən prezident seçkilərinin dünyanı şoka salan nəticələri ətrafında səs-küy P

Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, milyarder Donald Trampın öz komandasını formalaşdırıb başa çatdırmaq üzrə olduğu bir vaxtda gözlənilmədən seçkilərin üçüncü iştirakçısı, Yaşıllar partiyasının namizədi Cill Stayn noyabrın 25-də kritik ştatda-Viskinsonda səslərin yenidən sayılması üçün ərizə verib
Qeyd edək ki, ABŞ-da prezidentlik uğrunda mübarizə ənənəvi olaraq iki partiyanın-respublikaçıların və demokratların namizədləri arasında gedir. Çünki onlar ABŞ siyasi sisteminin iki əsas oyunçusudur və bu ölkədə çoxsaylı başqa siyasi partiyalar qeydiyyatda olsa da heç biri ümumölkə miqyasında ciddi populyarlığa malik deyil.

Demokratların siyasi platformasına yaxın olan Yaşıllar partiyası da belədir və bu partiyanın namizədi hər dəfə prezident seçkilərində öz namizədini irəli sürür. Və bir qayda olaraq 1-2 faizdən çox səs toplaya bilmir. Lakin indi istisna deyil ki, Yaşıllar partiyasının seçki dövründə heç kimin yadına düşməyən namizədi səsvermənin dünyanı heyrətə salan nəticələrinin ləğvinə səbəb ola bilər.

Məsələ burasındadır ki, Viskinson ştatında Donald Tramp 0.7 faizlik cüzi səs üstünlüyü ilə Hillari Klintona qalib gəlib. Bu ştatda bülletenlərin əllə sayıldığı məntəqələrdə Hillari Klinton qalib gəlib. Səslərin elektron sayıldığı məntəqələrdə isə Tramp udub. İndi Cill Staynın müraciəti əsasında həmin məntəqələrdə bülletenlərin əllə sayılması prosesi başlayacaq.

O, Viskinsonla yanaşı, Miçiqan və Pensilvaniyada da "statistik anomaliyalarla bağlı" səslərin yenidən sayılmasını tələb edəcəyini bildirib. Əgər bu üç ştatda səslərin yenidən sayılması nəticəsində nəticələr ləğv olunarsa Trampın qələbəsi əlindən alınacaq və prezident Hillari Klinton olacaq.



Artıq Hillari Klintonun qərargahı Viskinsonda səslərin təzədən sayılmasında iştirak edəcəyini açıqlayıb. Klintonun seçki kampaniyasının baş müşaviri Mark Elias deyib ki, onlar kənar ekspertlərlə birlikdə seçki nəticələrini yenidən nəzərdən keçirirlər. Mrk Eliasın bildirdiyinə görə, seçkinin saxtalaşıdırldığı barədə dəlillərə malik deyil, lakin Hillari Klintona səs vermis 64 milyon seçicinin etimadı səslərin yenidən sayılması prosesinə qoşulmağı tələb edir.

Yaşıllar Partiyasının namizədi, xanım Cill Steyn Stein iddia edib ki, sözü gedən 3 ştatda Trampın qələbəsini kompüter hakerləri təmin ediblər. Bundan əvvəl ABŞ rəsmiləri Rusiya hakerlərinin ABŞ seçkisini hədəflədiyi barəfə narahatlıq ifadə etmişdilər.
Stayn iddia edir ki, Viskonsində səslərin elektron cihazlar tərəfindən hesablandığı məntəqələrdə Trampın, bülletenlərin dədə-baba qaydası ilə əllə sayıldığı dairələrdə isə Klintonun qalib gəlməsi təsadüfi deyil. Həftəsonu yayılmış bəyanatında Viskonsin Seçki Komissiyası bildirib səslərin yenidən sayılması üçün Yaşıllar Partiyasından başqa bir qrup da petisiya verib.



Cill Stayn üç ştatın üçündə də səsləri saydırmaq üçün təxminən 7 milyon dollar ödəməlidir və bu vəssaitin 5, 8 milyon dolları artıq toplanıb. Miçiqan ştatında prezident seçkisinin nəticələri hələ elan edilməyib. Orada səslərin sayılması hələ davam edir. Əgər bu üç ştatda seçki kollegiyalarının 46 səsi Klintonaa verilərsə, o ABŞ seçkisninin qalibi ola bilər.

Belə görünür ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp üç kritik ştatda səslərin yenidən sayılması tələblərindən ciddi narahat olaraq yaşılları təmsil edən rəqibini "dələduz" adlandırıb. "Bu səs sayma heç bir faiz də səs yığmayan və hətta ştatların əksəriyyətində namizədliyini irəli sürməyən Cill Stayn üçün öz cibini doldurmaq vasitəsidir.

O, yığdığı pullardan əksəriyyətini cibinə qoyacaq və bu gülməli təkrar səssayma kampaniyasına ayırmayacaq. Bu, Yaşıllar partiyasının dələduzluğudur, hansı ki, seçkilərdə uduzan tərəf artıq məğlubiyyətini etiraf edib. İndi bu nəticələrə hörmət etmək və tanımaq lazımdır, Cill Stayn kimi əngəl yaratmaq yox"-Tramp CNN kanalına bildirib.



Bu arada "The Hill" qəzeti prezident seçkiləri barədə çapa hazırlanan kitabın materiallarına istinadən yazır ki, Hillari Klintondan Trampın qələbəsini tanımağı Obama xahiş edib. Üç ayrı mötəbər mənbənin bildirdiyinə görə Hillari Klinton yaxın tərəfdaşları ilə birlikdə Miçiqan, Viskinson və Pensilvaniya ştatlarında səsvermənin nəticələrini izləyəndə Obama ona zəng vurub və deyib: "Sən məğlubiyyətini etiraf etməlisən".
Lakin Obamanın bu istəyini Klintonun komandasında bir çoxları qəbul etməyib. Onlar Klintonu inandırmağa çalışıblar ki, səslərin tam sayılıb başa çatmasını gözləmək lazımdır. Buna baxmayaraq Hillari Klinton məğlubiyyətlə barışıb, seçkilərin ertəsi günü Trampa zəng vuraraq onu qələbə münasibətilə təbrik edib.
ABŞ seçkilərində sonuncu dəfə səslərin yenidən sayılması 2004-cü il prezident seçkilərində Florida ştatında baş vermişdi. Həmin ştatda demokratların namizədi Albert Qorla respublikaçıların namizədi Corc Buş arasında səs fərqi çox cüzi idi, səslərin yenidən sayılması Buşun cüzi üstünlüyünü ortaya çıxardı. Həmin vaxt dekabrın sonlarına qədər yeni prezident rəsmən elan edilməmişdi. Çünki Florida ştatında nəticələr dəyişsəydi, seçkilərin qalibi Albert Qor olacaqdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çiçək açan krossovkalar - FOTO

26 İyul 2017 02:32

"Opel” və VAZ toqquşdu: 1 ölü, 2 yaralı

26 İyul 2017 02:24

Hamiləlik dövründə cinsi əlaqə

26 İyul 2017 02:10

Frandsada vağzalda 150-dən çox mühacir tutuldu

26 İyul 2017 02:09

Bakıda qadını maşın vuraraq ağır yaralayıb

26 İyul 2017 01:37

ŞƏMKİRDƏ DƏHŞƏT: Ana iki övladı ilə birgə özünü qatarın altına atdı

26 İyul 2017 01:34

Şəhər mərkəzində orta əsr qülləsi - FOTO

26 İyul 2017 01:32

Bakıda 6 otaqlı evdə yanğın

26 İyul 2017 01:26

Bakıda qadın evində tanışı tərəfindən bıçaqlanıb

26 İyul 2017 01:17

Çavuşoğlu: ““Amnesty"-nin Türkiyə üzrə rəhbəri FETÖ üzvüdür”

26 İyul 2017 01:14

Həbsxanadan qaçan erməni yazıçı: “2 il plan qurdum, ancaq heç biri...”

26 İyul 2017 01:03

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib

26 İyul 2017 01:02

“Qarabağ” - "Şerif" matçından

26 İyul 2017 00:32

Tehran və Moskva nüvə əməkdaşlığını müzakirə etdilər

26 İyul 2017 00:29

Məşhur müğənni Mayamidə səhnəyə çıxdı - FOTO

26 İyul 2017 00:05

“Facebook” Azərbaycan kəndini “Şaumyan” adı ilə təqdim edir

26 İyul 2017 00:05

Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür

26 İyul 2017 00:05

Azərbaycanlı hakimlərin idarə etdiyi ÇL oyununda 4 qol, 8 sarı vərəqə qeydə alınıb

26 İyul 2017 00:02

Oğuza gəzintiyə gedən müəllim qəfil öldü

25 İyul 2017 23:59

Yeniyetmələrdə fiziki və psixoloji dəyişikliklər

25 İyul 2017 23:57

Yaralı hərbçiləri müalicə edən həkimlər tutuldu

25 İyul 2017 23:52

Serotonin nədir?

25 İyul 2017 23:52

"Onu gözüm çox axtardı" Tahir Gözəl

25 İyul 2017 23:52

MARAQLI YARIŞ: Ərlər arvadlarını 500 metr boynunda daşıdı - VİDEO

25 İyul 2017 23:48

"Şerif"in baş məşqçisi: "Öz qapımızı daha çox qorumalı olduq"

25 İyul 2017 23:47

Qurban Qurbanov: 0:0 hesabı da pis nəticə deyil

25 İyul 2017 23:47

“Fərəc” duası şeytanı niyə əsəbiləşdirir?

25 İyul 2017 23:47

Azərbaycan neftinin SON QİYMƏTİ

25 İyul 2017 23:42

Zoofiliya və sadomiya nədir?

25 İyul 2017 23:42

"Başqa cür oynaya bilməzdik"

25 İyul 2017 23:38

"Oyunumuzda mütləq dəyişiklik olacaq" - Qurban Qurbanov

25 İyul 2017 23:37

“Onlar istədiklərini ala bildilər” - Qurban Qurbanov

25 İyul 2017 23:37

Kürdəmirdə 7 otaqlı ev, 20 ton ot və “QAZ” kül oldu

25 İyul 2017 23:34

İran və Rusiyanı bir araya gətirən CİDDİ SƏBƏB

25 İyul 2017 23:33

Braziliyalı gözəl okean sahilində - FOTO

25 İyul 2017 23:32

Xidmətçinin ruhu kameraya düşdü - VİDEO

25 İyul 2017 23:32

"Başqa cür oynaya bilməzdik" - "Şerif"in baş məşqçisi

25 İyul 2017 23:27

"Yunanıstana miqrant axını 99 faiz azalıb" - Çavuşoğlu

25 İyul 2017 23:27

İmicinizi dəyişmək istəyirsiniz?

25 İyul 2017 23:24

“Bundan da yaxşısını bacararıq” – “Şerif”in baş məşqçisi

25 İyul 2017 23:22

Kann vağzalında 156 mühacir saxlanıldı

25 İyul 2017 23:22

Qara turp və balın faydaları

25 İyul 2017 23:22

Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

25 İyul 2017 23:22

Mingəçevir sakini 89 növ dərman içib ölmək istədi

25 İyul 2017 23:22

İmam Cəfər Sadiq niyə xilafəti ələ keçirmədi?

25 İyul 2017 23:17

Baş katib "Qarabağ"ın fan-şopundan nə aldı? - FOTO

25 İyul 2017 23:17

Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir?

25 İyul 2017 23:12

Sarımsaq yağının faydaları

25 İyul 2017 23:12

Sosial şəbəkələrdən telefon alanlar

25 İyul 2017 23:10

“Qarabağ” “Şerif”lə bacarmadı

25 İyul 2017 23:09